Ana Sayfa > Siyasət > Roma görüşünün güclü tərəfi... - Ərdoğan Baydenlə nəyi müzakirə edəcək?
Roma görüşünün güclü tərəfi... - Ərdoğan Baydenlə nəyi müzakirə edəcək?14-10-2021, 12:38. Yazar: admin |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden bu ayın sonunda Romada görüşəklər. Görüş öncəsi tərəflərin mövqeyi analiz olunur. Reyting.az xəbər verir ki, “Financial Times” ABŞ-Türkiyə əlaqələrinə əsaslanan analiz hazırlayıb. Məqalədə Türkiyənin hərbi qırıcı probleminə diqqət yönəldilir. Yəni NATO üzvü olan Türkiyəyə ABŞ tərəfindən təslim ediləcək 100 ədəd “F-35” yeni nəsil qırıcıları gündəmdən çıxarılıb. Bu qırıcılar əslində Türkiyənin hava gücünün əsasını təşkil etməli idi. ABŞ-ın bunu gündəmdən çıxarması əslində Türkiyənin dövlət başçısı Ərdoğanın Rusiya prezidenti Putindən hava müdafiə sistemləri (S-400) almasının cəzası kimi təqdim olunur. Ankara hava qüvvələri arsenalını yerli istehsal hesabına doldurmağı planlaşdırır. Amma bu hərbi təyyarələr və sistem yaxın illərdə hazır olmayacaq. Bu səbəbdən də Türkiyə “F-16”-lara güvənməyə məcburdur. Ankaranın Vaşinqtondan 40 ədəd yeni “F-16” qırıcı almaq istəyi bu baxımdan anlaşılandır. Məqalədə Türkiyənin 2020-ci ilin dekabrından ABŞ-ın sanksiyaları altında olduğuna da diqqət çəkilir: “Yeni təyyarə anlaşması mövzusu və uzun zamandır ki, düşməni olan Yunanıstanın hava qüvvələrini gücləndirməsi, əlalxüsus da Fransadan “Rafale” və ABŞ-dan “F-35” aldığı dönəmdə Türkiyəyə yardımçı olacaq”. Əlavə olunur ki, ABŞ və Türkiyənin mümkün anlaşması ABŞ ilə Qərb müttəfiqləri arasında gərginliyi yumşalda bilər. “ABŞ-ın razılaşmaya razı olub-olmayacağı bəlli deyil. Ərdoğana düşmən münasibət bəsləyən Konqres satışı əngəlləyə bilər. Bayden administrasiyası Ərdoğanı müdafiə etsə belə Türkiyənin yeni “S-400” hava müdafiə sistemini satın alması buna kömək etməyəcək”,- Britaniya nəşrinin analizində qeyd edilir. “S-400” probleminin ən böyük böhran olduğuna vurğu edən analizdə “Bu durum Bayden administrasiyasını sıxışdırır. Hər hansı bir şərt olmadan “F-16” satışına yaşıl işıq yandırılması Türkiyəni tənqid edənlər tərəfindən “xoşagəlməz yanaşma” kimi qarşılanacaq. Fəqət “F-16” satışına icazə verilməsə, bu, Ankaranın Rusiya ilə yaxınlaşması üçün əsaslı bəhanə olacaq”,- ifadələri xüsusi diqqət çəklir. Türkiyənin müdafiə sistemi sahəsində Rusiya ilə daha dərin əlaqələr qurmasının Ankaranın işinə yarayacağı qeyd edilir. Bildirilir ki, bu cür yaxınlaşma daha çox ABŞ sanksiyalarını tətikləyə və eyni zamanda daxili müdafiə imkanlarının genişlənməsinə zərər verə bilər. 2019-cu ildə Rusiyada keçirilən hava müdafiə sərgisində Putin ilə Ərdoğanın dondurma yediyinə, Ərdoğanın “Su-57” təyyarəsi ilə maraqlandığına diqqət çəkən məqalədə yazılır ki, bəzi Qərb rəsmiləri Türkiyənin qırıcı tələbinin real olmasından narahatdırlar. Analizdə avropalı diplomatın fikri də diqqət çəkir. ABŞ-ın Türkiyəyə “F-16” satılmasına razılıq verməsini istəyən avropalı diplomat sual verib: “Əgər amerikalılar bu satışa razılıq verməsə Türkiyə nə edəcək? Türkiyə bu zaman Rusiyadan və ya Çindən qırıcılar alacaq. Çünki onların bu boşluğu doldurması lazım gəlir”. Məqalədə qeyd olunur ki, Roma görüşü öncəsi Ərdoğan Baydeni küncə sıxışdırır. Geri dön |