Ana Sayfa > Siyasət > Əli Hüseynli: “Azərbaycan xalqı ilk dəfə bu bayramı qalib xalq kimi qarşılayacaq"
Əli Hüseynli: “Azərbaycan xalqı ilk dəfə bu bayramı qalib xalq kimi qarşılayacaq"11-10-2021, 14:31. Yazar: admin |
Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşılayacaq. Musavat.com xəbər verir ki, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli bu fikirləri parlamentin plenar iclasında müzakirəyə çıxarılmış "Müstəqillik Günü haqqında" qanun layihəsi haqda danışarkən söylədi. Sədr müavini qeyd etdi ki, bu il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilməsinin 30 ili tamam olacaq. Ə.Hüseynli dedi ki, Prezidentin imzası ilə parlamentə daxil olan qanun layihəsi torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə mühüm siyasi və tarixi əhəmiyyət daşıyır. Ə.Hüseynli vurğuladı ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub. Qeyd edək ki, layihəyə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Fasilədən sonra müzakirələr davam etdiriləcək. Geri dön |