Ana Sayfa > Siyasət > Parlamentdə bir dəqiqəlik sükut elan olundu

Parlamentdə bir dəqiqəlik sükut elan olundu


30-09-2021, 11:36. Yazar: admin
Parlamentdə bir dəqiqəlik sükut elan olundu

Milli Məclisin 2021-ci il payız sessiyasının ilk iclasında spiker Sahibə Qafarova Vətən müharibəsinin ildönümü ilə əlaqədar çıxış edib.

Oxu.Az-ın məlumatına görə, S.Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana xəbərdarlıqlarını xatırladıb.

S.Qafarova bildirib ki, Prezident “Dəmir yumruq” əməliyyatının hələ də gündəmdən çıxmadığını qeyd edib.

“Cənab Prezident xalqa müraciətində bildirdi ki, erməni faşizmi yenidən baş qaldırsa, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaransa, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Cənab Prezident dedi ki, Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Onun çıxışından sonra şəhidlərin xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Geri dön