Ana Sayfa > Siyasət > “Prezidentin bu istiqamətdə siyasəti artıq sabit xarakter alıb” - deputat

“Prezidentin bu istiqamətdə siyasəti artıq sabit xarakter alıb” - deputat


10-09-2021, 15:44. Yazar: admin
“Prezidentin bu istiqamətdə siyasəti artıq sabit xarakter alıb” - deputat

“Bölgələrdə sadəcə Yeni Azərbaycan Partiyasının qərargahları var, digər partiyaların yoxdur.

Bu da Azərbaycanda təkpartiyalı sistemin olması ilə bağlı bir fikir formalaşdırır”.

Bu sözləri Böyük Qurtuluş Partiyasının sədri və millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşdən danışarkən deyib.

“Biz təklif etdik ki, bölgələrdə də siyasi partiyaların qərargahları olsun. Sumqayıt, Gəncə və başqa şəhərlərdə digər siyasi partiyaların ən azı otaq qərargahlarının olması və onların lövhələrinin asılması çoxpartiyalı sistem haqqında təssəvvürləri dəyişə bilər. Digər tərəfdən, qələbədən necə faydalanacağımız ilə bağlı partiyaların təkliflərini diqqətə almaq lazımdır. Çox ideya və təkliflər var. Bu tip məsələlərə diqqət yetirilmədikdə, partiyaların rolu hiss olunmur”- o, qeyd edib.

Fazil Mustafa bildirib ki, partiyaların işinin dirçəldilməsi, onlara dəstəyin verilməsi və işlərin daha çox hansı istiqamətlərdə qurulması görüşün əsas müzakirə predmeti olub:

“Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyev kifayət qədər açıq, lakonik və səmimi şəkildə dövlətin partiyalara münasibətini izah etdi. Partiyalardan dövlətin hansı fəaliyyəti gözlədiyini də açıq şəkildə bildirdi. Xüsusilə demokratik cəmiyyət qurulması üçün partiyaların rolunun qaldırılmasının nə qədər vacib olduğu diqqətə çatdırıldı. O, Prezidentin də bu istiqamətdə siyasətinin artıq sabit bir xarakter aldığını və bu yöndə hər cür dəstəyin verildiyini bildirdi. Çıxış edən partiya rəhbərlərinin əksəriyəti ölkənin nə qədər böyük bir qələbə qazandığını və bundan sonrakı dövrdə partiyaların üzərinə düşən məsuliyyəti izah etdilər. Düşünürəm ki, tənqidlərin və təkliflərin olduğu kifayət qədər ciddi bir müzakirə oldu. Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyev qeydlər apardı və bildirdi ki, bütün bu təkliflər diqqətə alınacaq”.

Partiya sədri onu da əlavə edib ki, Azərbaycanda bir neçə partiya istisna olmaqla əksər partiyalar dövlətin mövqeyini və dövlətçiliyi hər şeydən üstün tutur:

“Böyük zəfərimizdən sonra partiyalar arasında ilk dəfə belə geniş bir toplantı oldu. Partiyaların əksəriyəti göstərdi ki, nə qədər fəqli fikirlərə sahib olsalar da, Azərbaycanın gələcəyi üçün əlini daşın altına qoymağa və məsuliyyət daşımağa hazırdır. Artıq partiyalarla bağlı əvvəllər böyük sayılan problemlərin çoxu ortadan qalxıb. İndi əsas vacib olan dövlət və gələcəyimiz naminə partiyaların siyasi fəaliyyət göstərməsidir”.

Geri dön