Ana Sayfa > Siyasət > Slutskiy: "Rusiyada Mehriban Əliyevanı tanıyır, sevir və ona hörmət edirlər"

Slutskiy: "Rusiyada Mehriban Əliyevanı tanıyır, sevir və ona hörmət edirlər"


26-08-2021, 10:38. Yazar: admin
Slutskiy: "Rusiyada Mehriban Əliyevanı tanıyır, sevir və ona hörmət edirlər"

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təkcə ölkənizdə deyil, həm də bütün post-sovet məkanının hüdudları daxilində və xaricində özünü sübut etmiş nüfuzlu siyasətçidir".

Bunu “Report”un Rusiya bürosuna Dövlət Duması Federal Məclisinin beynəlxalq işləri komitəsinin sədri Leonid Slutskiy bildirib.

Slutskiy Mehriban Əliyevanın fəaliyyətini və onun Azərbaycanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O bildirib ki, Birinci vitse-prezidentin fəaliyyəti Rusiya-Azərbaycan münasibətlərinin inkişafına da müsbət təsir göstərir. Komitə sədri bu əhəmiyyətli təsirin əməkdaşlığın bütün sahələrində hiss olunduğunu əlavə edib.

“Rusiyada Mehriban Əliyevanı tanıyır, sevir və ona hörmət edirlər”, - deputat bildirib.
Geri dön