Ana Sayfa > Siyasət > Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək - EKSKLÜZİV

Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək - EKSKLÜZİV


30-07-2021, 11:20. Yazar: admin
“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq.Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək - EKSKLÜZİV
Geri dön