Ana Sayfa > Siyasət > Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib


24-07-2021, 14:49. Yazar: admin

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

"Report" xəbər verir ki, iclasın ilk hissəsində iştirak edən Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev İctimai Şura üzvlərinə vəsiqələr təqdim edib.

Daxili İşlər Nazirliyinin son dövrlərdə gördüyü işlər, xüsusi ilə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar haqqında geniş məlumat verən nazir müavini İctimai Şura üzvlərinin rəy və təkliflərini dinləyib, qaldırılan məsələlərin hər birinin ciddi şəkildə araşdırılacağını vurğulayıb.

İclasda “DİN yanında İctimai Şuranın reqlamenti” təsdiq edilib, “DİN yanında İctimai Şuranın Etik Davranış Kodeksi”, “DİN yanında İctimai Şuranın fəaliyyətində maraqlar toqquşmasının yolverilməzliyi haqqında Bəyanat” qəbul edib.

İctimai Şuranın “Qadınlara qarşı məişət zəminində psixi və fiziki zorakılıq hallarının polis orqanlarında araşdırılması işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər” müzakirə edilib və bu barədə DİN-ə müraciət edilməsi barədə qərar qəbul olunub.

İclasda İctimai Şura adından “Narkotik vasitəsilərin və psixatrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi haqqında Bəyanat” qəbul edilib.

Bunlarla yanaşı DİN yanında İctimai Şuranın Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrup yaradılıb.

İctimai Şuranın toplantısında qəbul edilən sənədlərin mətni, bəyanat və müraciətlər ictimaiyyətə açıqlanacaq.


Geri dön