Ana Sayfa > Siyasət > Ceyhun Bayramov: “Peyvənd millətçiliyi Azərbaycanı çox narahat edir”
Ceyhun Bayramov: “Peyvənd millətçiliyi Azərbaycanı çox narahat edir”30-06-2021, 14:55. Yazar: admin |
QDİƏT regional əməkdaşlığın vacib bir mexanizmi olaraq dayanıqlı cəmiyyətlər və dayanıqlı iqtisadiyyatlar yaratmağa yönəlmiş səyləri dəstəkləmək üçün bütün imkanlara malikdir. Bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal tədbirlərin səfərbər olunması üçün səylərin önündədir. Nazir qeyd edib ki, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında peyvəndlərin ədalətsiz paylanması və “peyvənd millətçiliyi” Azərbaycanı çox narahat edir. “Azərbaycan hesab edir ki, QDİƏT çərçivəsində əməkdaşlığımız fəaliyyətin layihə yönümlü tərəfinin gücləndirilməsi yolu ilə daha da inkişaf etdirilə bilər və COVID sonrası dövr bunun üçün vacib şərtdir. Tələbə əsaslanan proqramlara və məqbul bir vaxt çərçivəsində həyata keçirilə biləcək birgə iqtisadi layihələrə diqqət yetirmək vacibdir. Bu baxımdan işçi qruplarının potensialından, ölkə koordinatorlarının mexanizmindən və əlaqəli QDİƏT qurumları arasındakı qarşılıqlı əlaqədən tam istifadə edilməlidir. Bunu nəzərə alaraq, Azərbaycan mədəniyyət, institusional yenilənmə və yaxşı idarəçilik məsələləri ilə əlaqədar iki işçi qrupun ölkə əlaqələndirilməsini üzərinə götürüb və bu sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcək”, - deyə C.Bayramov əlavə edib. Geri dön |