Ana Sayfa > Siyasət > Prezidentin köməkçisi: “Azərbaycan NATO və Rusiya arasında siyasi dialoqa töhfə verməyə davam edəcək”
Prezidentin köməkçisi: “Azərbaycan NATO və Rusiya arasında siyasi dialoqa töhfə verməyə davam edəcək”16-06-2021, 15:16. Yazar: admin |
“Azərbaycan NATO və Rusiya arasında siyasi dialoqa töhfə verib, Bakıda yüksək səviyyəli görüşlər keçirilib. Biz bu istiqamətdə öz töhfəmizi verməyə davam edəcəyik”. APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa videoformatda qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, Azərbaycanın əsas məqsədi beynəlxalq münasibətlərdə əməkdaşlıq, dialoqdur: “COVİD-dən sonra bütün beynəlxalq ictimaiyyət fikirləşməlidir ki, beynəlxalq təhlükəsizliyi, dialoqu necə irəli apara bilər. Azərbaycanın NATO ilə əməkdaşlığı, Rusiya ilə yaxşı münasibətləri var”. H. Hacıyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu istiqamətdə də öz töhfəsini verir: “Latviyaya da təşəkkür edirik. Azərbaycanın NATO və Avropa İttifaq ilə münasibətlərinə hər zaman töhfə verib”. Geri dön |