Ana Sayfa > Siyasət / Manşet > Azərbaycan Prezidenti: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq”
Azərbaycan Prezidenti: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq”15-06-2021, 18:40. Yazar: admin |
“Biz bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün əminəm ki, bütün Azərbaycan və türk xalqının gözü burdadır. Bütün dünyanın gözü burdadır”. APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi: “Və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq”. Geri dön |