Ana Sayfa > Siyasət > Fransa 27 ildən sonra soyqırımına görə üzr istədi

Fransa 27 ildən sonra soyqırımına görə üzr istədi


27-05-2021, 18:11. Yazar: admin
Fransa 27 ildən sonra soyqırımına görə üzr istədi

Fransa Prezidenti Emmanuel Makron 1994-cü ildə Ruandada törədilən soyqırımına görə afrikalılardan üzr istəyib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Emmanuel Makron bu barədə Ruandaya səfəri zamanı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında çıxışı zamanı bildirib.
E.Makron Fransanın Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıdığını etiraf edib.
“Fransa regional münaqişənin və ya vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən faktiki olaraq soyqırımı törədən rejimin tərəfində dayanıb”, - deyə E. Makron qeyd edib.
Geri dön