Ana Sayfa > Siyasət > İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib


27-05-2021, 17:20. Yazar: admin
İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Geri dön