Ana Sayfa > Siyasət > Bu gün Reykyavikdə Lavrov və Blinken arasında görüşü keçiriləcək

Bu gün Reykyavikdə Lavrov və Blinken arasında görüşü keçiriləcək


19-05-2021, 08:30. Yazar: admin

Bu gün Reykyavikdə Lavrov və Blinken arasında görüşü keçiriləcək
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken arasında görüş keçiriləcək.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.


Qeyd edilib ki, görüş İslandiyanın paytaxtı Reykyavikdə Arktika Şurasının bağlanış tədbirindən sonra, axşam saatlarında baş tutacaq.

“İkitərəfli görüş Moskva ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər əldə edə biləcəyimizə dair bir təklifi sınamaq imkanı verəcək”, deyə Prays vurğulayıb.

Bundan əvvəl isə Rusiya XİN rəhbəri bildirib ki, Moskva amerikalı həmkarı ilə "xeyirxah, sakit, praqmatik" söhbət əsnasında ABŞ-la bütün mübahisəli məsələlərdə qarşılıqlı faydalı həll yolları axtarmaq niyyətindədir.

Geri dön