Ana Sayfa > Siyasət > Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırılıb
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırılıb24-04-2021, 11:57. Yazar: admin |
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım Məmmməd qızı İbrahimovanın vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb. APA-nın məlumatına görə, Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın". Geri dön |