Ana Sayfa > Siyasət > Ombudsman Milli Məclisə illik hesabatını təqdim etdi
Ombudsman Milli Məclisə illik hesabatını təqdim etdi2-04-2021, 12:50. Yazar: admin |
Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında məsələ müzakirə olunur. Musavat.com xəbər verir ki, ombudsman Səbinə Əliyeva parlament tribunasından çıxış edərək, məruzəsini təqdim edib. O, öncə keçən il qazanılan şanlı qələbə münasibətilə ölkə başçısını, Şanlı ordumuzu, uzun illərdən əvvəl o torpaqlardan didərgin düşmüş məcburi köçkünlərimizi təbrik edib. Ombudsman bildirib ki, ötən il Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımızın azad olunması istiqamətində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə şanlı tariximizdə əsl qəhrəmanlıq salnaməsidir: “Müharibə dövründə Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən uzaqda dağılan rayon və şəhərlərə mütəmadi səfərlər etmişəm, faktaraşdırıcı missiya həyata keçirmişəm. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq qurumlara müsahibələr verilib, müraciətlər ünvanlanıb. Həmin müraciətlərdə Ermənistanın Azərbaycan əsirlərinə qarşı qeyri-insani rəftarına beynəlxalq təşkilatlar tərəfindən qiymət verilməsi, Ermənistanın siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi tədbirlərin görülməsi tələbləri yer alıb”. S.Əliyeva bildirib ki, ötən il ərzində quruma 27 min müraciət daxil olub. Müraciətlərin daha çox işsizlik, əlillik dərəcələri və digər məsələlərlə bağlı olduğu vurğulandı. Ombudsman yekunda müvafiq qurumlara 33 təklif ünvanlayıb. E.Paşasoy, Musavat.com Geri dön |