Ana Sayfa > Siyasət > Ermənistan müxalifəti parçalandı: - “Qarabağ klanı”nı yalnız vətəndaş müharibəsi xilas edə bilər

Ermənistan müxalifəti parçalandı: - “Qarabağ klanı”nı yalnız vətəndaş müharibəsi xilas edə bilər


24-03-2021, 13:50. Yazar: admin
Ermənistan müxalifəti parçalandı: - “Qarabağ klanı”nı yalnız vətəndaş müharibəsi xilas edə bilər

“Vətənin xilası uğrunda hərəkat”ının Baş nazir postuna vahid namizədi Vazgen Manukyan müxalifət həmkərları ilə yolunu ayırmaq qərarına gəlib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Ermənistanın “Johovurd” qəzeti yazıb.

“Mənbələrimizin verdiyi məlumata görə, müxalifət liderləri bir neçə gün əvvəl toplantı keçirib. İclasda Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Daşnaksütyun” EİF-nın Ali Oraqnının nümayəndəsi İşxan Saqatelyan və “Vətənin xilası uğrunda hərəkat”ının Baş nazir postuna namizədi Vazgen Manukyan iştirak ediblər.

Yığıncaqda iyunun 20-də mövcud hakimiyyət orqanları tərəfindən keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak məsələsi müzakirə edilib.

Əldə etdiyimiz məlumata görə, Vazgen Manukyan çox əsəbiləşib. O, seçkilərə qatılmayacağını, üstəlik küçə mübarizəsini davam etdirəcəyini və bu yolla istədiyi nəticəni əldə edə biləcəyinə inandığını bildirib.

Manukyan müxalifət qüvvələrinin heç vaxt Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün resurslarını istifadə etmədiklərini, bu səbəbdən onların seçkilərə nə zaman və hansı formatda getməli olduğuna Paşinyanın qərar verdiyini qeyd edib.

Bundan başqa, Vazgen Manukyan hərəkat daxilində hakimiyyətlə danışıqlar aparan, onlarla hesablaşan qüvvələrin olduğuna və bu səbəbdən hərəkatın məğlub olduğuna eyham vurub.

Bəzi liderlər Vazgen Manukyanı yalnız bu şəkildə hakimiyyət dəyişikliyinə nail ola biləcəyinə inandırmağa çalışıblar. Lakin Manukyan sözünün üstündə möhkəm dayanıb. Seçkilərdə iştirak formatına gəlincə, müxalifət liderlərinin hələ qəti qərarı yoxdur.

Görünür, Robert Köçəryan və “Daşnaksütyun”dan başqa hamı seçkilərə təkbaşına qatılmalı olduqlarını düşünür. DEİF və Köçəryan seçki bloku yarada bilər”, - deyə mənbə qeyd edir.

Geri dön