Ana Sayfa > Siyasət > Türkiyə Prezidenti Azərbaycan ilə Türkiyə arasında media sahəsində Anlaşma Memorandumunu təsdiqləyib
Türkiyə Prezidenti Azərbaycan ilə Türkiyə arasında media sahəsində Anlaşma Memorandumunu təsdiqləyib20-03-2021, 13:29. Yazar: admin |
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sərəncam “Rəsmi qəzet”də dərc olunub. Qeyd edək ki, sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılacaq. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək: - Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması; - İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması; - Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması; - Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi; - Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması; - Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi; - İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması. Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq. Geri dön |