Ana Sayfa > Siyasət > Niyə ermənilərin vandalizm aktlarını qınamırsınız? - Mariya Zaxarova, cavab verin!
Niyə ermənilərin vandalizm aktlarını qınamırsınız? - Mariya Zaxarova, cavab verin!15-03-2021, 11:05. Yazar: admin |
Moskva Böyük Vətən müharibəsi dövründə nasistlərə qarşı qəhrəmanlıqla vuruşanların xatirəsini hər cür təhqir etməyi tamamilə qəbuledilməz və əxlaqdan kənar hesab edir. Erməni KİV-lərinin xəbər verdiyi kimi, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. O, heç bir ad çəkməsə belə, Ermənistan mediası məsələnin erməni işğalçılarından azad edilmiş Şuşada, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya-polkovnik Nelson Stepanyanın abidəsinin guya ki, dağıdılması iddia edildiyinə dair məlumat yayır və Zaxarovanın da məhz bu abidədən danışmasını vurğulayır. “Göstərdiyiniz məlumatlar yoxlanılır və əgər təsdiqlənərsə, Azərbaycan rəhbərliyinin vəziyyəti düzəltmək üçün müvafiq tədbirlər görəcəyinə ümid edirik... Xatırlatmaq istərdim ki, Rusiya, Ermənistan və Azərbaycan nasizm üzərində qələbənin bütün SSRİ xalqlarının inanılmaz səyləri bahasına əldə edilməsini və bu xatirəni gələcək nəsillər üçün qorumağın bizim borcumuz olması məsələsində həmrəydir. Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti bu barədə dəfələrlə danışıblar”, - deyə Rusiya XİN sözçüsü bildirib. Xanım Zaxarova Ukrayna Krımının ilhaqına və Donbasdakı separatçılara dəstək sanksiyalarının yaxın gələcəkdə Rusiya Federasiyasından qaldırılacağı da daxil olmaqla, çox şeyə ümid edə bilər. Bildiyiniz kimi reallıq fərqlidir. Rusiya Federasiyasına qarşı sanksiyalar nəinki ləğv edilir, əksinə getdikcə daha çox tətbiq olunur. Böyük Vətən müharibəsi dövründə nasizmə qarşı qəhrəmanlıqla vuruşanların xatirəsindən hər cür sui-istifadənin yolverilməzliyi və əxlaqsızlığı barədə danışmağa gəlincə, xanım Zaxarova 2019-cu ildə ilhaq edilmiş Krımda baş verənləri xatırlasa, daha yaxşı olardı. 2019-cu ilin may ayında naməlum vandallar Sevastopolun Naximovski rayonunun Orlovka kəndində Böyük Vətən müharibəsi qəhrəmanlarının abidəsini təhqir etdilər. Böyük Vətən müharibəsi zamanı həlak olanların adlarının əks olunduğu iki xatirə lövhəsi qırıldı. 2020-ci ilin avqust ayında Soçidə “1941-1945-ci illərdə vəfat edən qəhrəmanlar” xatirə abidəsinin təhqir olunması baş verdi. Bu memorial boyunca hərəkət edən bir qrup insanlardan bəziləri qaçaraq, abidənin elementləri üzərində tullanıb-düşürdülər. Lap təzə faktlar da var – ötən həftənin cümə günü, günortadan sonra hüquq-mühafizə orqanlarına Krımın Armyansk şəhərində “1941-1944, 1946-cı illər Sovet əsgərlərinin kütləvi məzarları qrupu” abidəsi ərazisində iki xatirə lövhəsinin tamamilə qırıldığı barədə məlumat daxil oldu. Daha bir neçəsinə ziyan dəydi. Bəli, vandal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldı, lakin vandalizm faktı yenə də baş verdi! Gördüyümüz kimi ilk dəfə deyil. Beləliklə, əvvəlcə Rusiya tərəfinin ölkələrində vandalizmin bu cür təzahürlərinin artmasının səbəblərini tapması daha yaxşı olardı. Bir məqamı da unutmayaq. Sovet dövründə, Azərbaycan ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal edilməzdən əvvəl bütün şəhər və bölgələrdə Böyük Vətən müharibəsi qəhrəmanlarına abidələr ucaldılmışdı. İndi dünyanın müxtəlif ölkələrindən azad edilmiş ərazilərə səfər etmiş jurnalistlərin və diplomatların ifadə etdiyi kimi, yalnız yandırılmış torpaqlar qalıb. Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılan bütün abidələr də dağıdllıb və məhv edilib. Ancaq bu illər ərzində Rusiya Xarici İşlər Nazirliyi bu barədə heç zaman narahatləq ifadə etməyib. Birində səhv tutmazdan əvvəl özünüzün etdiklərinə baxmaq daha düzgün olardı. Daha sonra. Rusiya tərəfi vaxtaşırı faşizmin ardıcıllarının qəhrəmanlaşdırılmasının yolverilməzliyi məsələsini qaldırır, lakin Qaregin Njdenin abidəsi hələ də İrəvandadır. Üstəlik, Njdenin daha bir heykəli bu ilin yanvarında Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı məsuliyyət zonasında - Xocavənd şəhərində peyda oldu. Bəli, sonra onun üstünü “hələ tam hazır deyil” bəhanəsi ilə örtdülər, amma Njde bir şəkildə orada göründü! Rus sülhməramlılarının səssiz razılığı ilə... Vandalizm mövzusuna davam edək. Bir-iki il əvvəl erməni vandalları, “Bakıya qədər gələcəyik” deyə təhdid edən erməni işğalçı Arşak Zakaryanın təşəbbüsü ilə Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun məzarındakı məzar daşını darmadağın etdilər. Bağırov Ağdamdakı Şəhidlər Xiyabanında dəfn edilmişdi, lakin işğalçılar məzar daşını sökərək Xankəndiyə apardılar və şəhərin mərkəzində, nümayişkəranə şəkildə dağıtdılar. İnternetdə Zakaryanın şərhləri ilə bunu sübut edən çoxlu video var. Ağdamdakı qəhrəman Bağırovun məzarı bölgə işğalçılardan azad edildikdən sonra abadlaşdırıldı. 27 il ərzində ilk dəfə şəhidin qızları onu ziyarət edə bildi. Ancaq bizim üçün İkinci Dünya müharibəsi qəhrəmanlarından az əhəmiyyətli olmayan Azərbaycan xalqının qəhrəmanına qarşı ermənilərin vandalizmi heç vaxt Rusiya Federasiyasından kimsə tərəfindən şərh olunmadı. Elə Mariya Zaxarova da susdu. İndi isə 30 ildir ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi mədəniyyət abidələrinin və şəhərlərin məhv edildiyi barədə xəbərlərdən sonra da xanım Zaxarova susqunluğunu saxlayır. Yeri gəlmişkən, dünya şöhrətli fotoqraf Reza Deqati “Instagram” səhifəsində Ağdamda Azərbaycan şairi Xurşidbanu Natəvanın məqbərəsinə qarşı törədilən vandalizmdən danışıb. Məşhur fotoqraf 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərəni ziyarət etdiyini və fotoşəkillər çəkdirdiyini deyib: “2020-ci ilin noyabrında, şəhər azad edildikdən sonra geri qayıtdım və şairin dəfn olunduğu məzarın dağıdıldığını gördüm. Onun, hətta sümükləri də qəbirdən çıxarılmışdı. Bəlkə də bunu bir vaxtlar onun pulu ilə çəkilən su kanalından su içən insanlar ediblər”. Xanım Zaxarova, haradasınız? Cavab verin! Erməni tərəfinin bu vandalizm faktına reaksiya verin, onu qınayın! Nelson Stepanyanın abidəsinə gəlincə, Azərbaycanda bu məsələ ilə məşğul olmaq vacibdir - Stepanyan Azərbaycanın Şuşa şəhərində anadan olduğu üçün. Bundan əlavə, 1927-ci ilin payızında, yeddi illik məktəbin sonunda Nelson Bakıya yola düşdü və 1931-ci ildə məktəbin ləğvi səbəbindən bitirmədiyi Bakı Piyada Hərbi Məktəbinə daxil oldu. Sonra Bakıdakı neft emalı zavodunda mexanik kimi işləməyə başladı. Gördüyünüz kimi, Stepanyanın Azərbaycanla çox əlaqəsi var. Bu da onu etnik bir erməni olsa da, bir erməni hərbçisindən daha çox azərbaycanlı hesab etməyə əsas verir. Hər halda, Azərbaycan bu məsələni qıraqda məsləhətlərsiz də özü həll edəcək. Mariya Zaxarovanın isə hamımızı maraqlandıran suala cavab verməsi daha yaxşı olardı: Necə oldu ki, ötən ilin dekabrından bəri Rusiyanın MTS şirkətinin “törəməsi” – “MTS Ermənistan” Xankəndidə - Azərbaycan ordusu tərəfindən hələ azad edilməyən kiçik bir ərazidə mobil rabitə təminatı ilə məşğuldur? //AYNA.AZ// Geri dön |