Ana Sayfa > Siyasət > MM-də işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı konfrans keçirilib

MM-də işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı konfrans keçirilib


10-02-2021, 16:23. Yazar: admin
MM-də işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı konfrans keçirilib

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və İnnovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Komitə sədri Sadiq Qurbanov giriş sözü ilə çıxış edib, daha sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Energetika nazirinin müavini Samir Vəliyev, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Kənd Təsərrufatı nazirinin müavini İlhamə Qədimova, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini bildiriblər.

Konfransda işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, sahibkarların quruculuq işlərinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə dövlət-özəl əməkdaşlığının perspektivləri, bölgədə kənd təsərrüfatının inkişafı və digər məsələlər geniş müzakirə olunub.


Geri dön