Ana Sayfa > Siyasət > Hikmət Hacıyev: “Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”

Hikmət Hacıyev: “Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”


27-01-2021, 15:37. Yazar: admin

Hikmət Hacıyev: “Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”
“Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, artıq Azərbaycan-Türkiyə ortaq media platformasını ortaya qoymağa nail olunub: “Həm Azərbaycan, həm Türkiyəyə qarşı qarayxma kampaniyaları çox gücıüdür. Buna qarşı səyləimizi birləşdirməyi vacib hesab edirik. Diaspor təşkilatlarımızın da səylərinin birləşdirilməsinə ehtiyac var. Azərbaycan-Türkiyə elm adamları, iş adamlarının da əlaqələrini inkişaf etdirməliyik”.
Geri dön