Ana Sayfa > Siyasət / Manşet > Qazaxda reketlik edən müəllimə

Qazaxda reketlik edən müəllimə


30-04-2015, 11:19. Yazar: admin
Qazaxda reketlik edən müəllimə
Qəzetimizin səhifələrində Azərbaycanın bir çox rayon və bölgələrinin təhsil sistemində yaşanan müxtəlif problemlərin işıqlandırılmasına həsr olunmuş tənqidi materiallara tez-tez yer verilir. O cümlədən ötən saylarımızda Qazax rayonunun təhsil sistemində müşahidə olunan bəzi problemlərlə bağlı yazılar da yer almışdı. Lakin qeyd etmək istərdik ki, biz fəaliyyətini tənqid etdiyimiz və ya işinə dair müəyyən iradlar irəli sürdüyümüz heç bir məmurla münasibətlərimizin şəxsiləşdirilməsinə qətiyyən yol vermirik. Təbii ki, bu prinsipə Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevlə münasibətlərimizdə də eynilə əməl olunur. Məsələ bundadır ki, istər redaksiyamıza mənbələr tərəfindən təqdim olunan açıqlamalarda, istərsə də apardığımız araşdırmalar nəticəsində özümüzün əldə etdiyimiz məlumatlarda hər hansı vətəndaş müxtəlif vaxt və şəraitdə bəzən cavabdeh, bəzən isə zərərçəkmiş qismində çıxış edə bilər. Bu, müəyyən hadisələrin obyektiv araşdırılması nəticəsində ortaya çıxa biləcəyi hər an mümkün olan bir haldır. Elə Qazaxdan yeni aldığımız məlumatlarda da Əhməd Dərgahquliyevin bu yaxınlarda gözlənilmədən təhdid və şantaj hədəfinə çevrildiyi bildirilir. Açığı, bu məlumat ilk öncə bizi son dərəcə heyrətləndirdi. Çünki açıqlamalarda RTŞ müdirinin sıravi bir müəllimə, həm də ibtidai sinif müəlliməsi tərəfindən şantaj edildiyi qeyd olunurdu. Lakin sonrakı araşdırmalar nəticəsində bu sıravi müəllimənin əslində təcrübəli və az qala peşəkar bir şantajçı olduğuna dair faktlar üzə çıxmağa başladı. Amma gəlin bu xüsusda əldə etdiyimiz məlumatları ardıcıl olaraq birgə nəzərdən keçirək. Beləliklə, bu günlərdə Qazaxda olan mənbələrdən biri tərəfindən təqdim olunan xəbərdə bildirilirdi ki, rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyev Qazax şəhər 2 saylı rus dili təmayüllü orta məktəbin ibtidai sinif müəlliməsi Nurlana Əhmədli tərəfindən şantaja məruz qoyulub. Açıqlamaya görə Nurlana müəllimə RTŞ müdirinə “aylıq xərac” kəsmək qərarına gəlib. Həm də nə az, nə çox, düz min manat məbləğində. Əks halda isə, müəllimə RTŞ müdirini onun barəsində Təhsil Nazirliyinə “ardı-arası kəsilməyən” şikayətlər ünvanlayacağı ilə hədələyib. Razılaşın ki, yaranmış vəziyyət eyni zamanda həm bir qədər komikliyi, həm də ciddiliyi ilə diqqəti cəlb edir. Çünki belə bir addımı atmağa heç də hər müəllim cürət edə bilməz. Amma məlumatı təqdim edən mənbəmiz vəziyyətin həqiqətən ciddi olduğunu, Nurlana Əhmədlinin isə bu sahədə heç də təcrübəsiz olmadığını xüsusi vurğuladığından, biz də məsələni bir qədər dərindən araşdırmağa qərar verdik. Məlum oldu ki, hələ 3-4 il bundan əvvəl Nurlana müəllimənin bu kimi təhdidlərinə daha iki nəfər məruz qalmışdı. Onlardan biri 2 saylı orta məktəbin direktoru Hafizə xanım, digəri isə Nurlana Əhmədlinin doğma bacısının əri, Qazaxda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı olub. Lakin həmin vaxt bu şəxslər vaxtında tədbir görərək, yaranmış problem barədə Qazax Rayon Polis Şöbəsinə şikayət etmişdilər. Aparılan araşdırmalardan sonra Nurlana Əhmədli RPŞ-yə dəvət olunmuş və ona törətdiyi əməlin cinayət tərkibli olması barədə xəbərdarlıq edilmişdi. Bundan sonra Nurlana müəllimə bir neçə il ərzində “dinc oturmaq” qərarına gəlmişdi. Lakin göründüyü kimi, müəllimənin səbri bu yaxınlara qədər ancaq çatmışdır. Artıq yeni həmləsində onun növbəti hədəfi də məhz Əhməd Dərgahquliyev olmuşdur. Qeyd edək ki, Qazaxdakı mənbələrimiz Nurlana Əhmədlinin özünün və ailə üzvlərinin şəxsi keyfiyyətləri barədə də maraqlı açıqlamalar təqdim edirlər. İlk növbədə bildirilir ki, son dərəcə səliqəsizliyi və pintiliyi ilə seçilən bu qadın əslində nə geyim mədəniyyəti, nə danışıq qabiliyyəti, nə də insanlarla davranış tərzi ilə bir müəlliməyə qarşı irəli sürülə biləcək etik tələblərə qətiyyən cavab vermir. Hətta mənbələrin iddiasına görə bəzi valideynlər öz nadinc uşaqlarını məhz Nurlana müəllimənin sinfinə keçirməklə qorxudurlar. Daha sonra açıqlamalarda bildirilir ki, Nurlana Əhmədlinin üç oğlundan heç biri orta təhsilini tam başa vurmamışdır. Hal-hazırda isə bu gənclər vəhhabilik təriqətinin təbliği ilə məşğuldurlar. Nurlana müəllimənin həyat yoldaşı Faiq Əhmədlinin barəsində isə daha ciddi ittihamlar irəli sürülür. Bu xüsusda mənbələr bildirirlər ki, sakinlər arasında Qazax şəhərində yerləşən və Faiq Əhmədliyə məxsus olan qızıl dükanında narkotik vasitələrin satılmasına dair söhbətlər dolaşmaqdadır...

Geri dön