Ana Sayfa > Siyasət > Deputat: “Putinin Qarabağla bağlı sərgilədiyi mövqe vacib əhəmiyyət daşıyır”
Deputat: “Putinin Qarabağla bağlı sərgilədiyi mövqe vacib əhəmiyyət daşıyır”18-11-2020, 21:47. Yazar: admin |
“Rusiya prezidenti Vladimir Putinin "Rossiya-24" telekanalına müsahibəsi zamanı Qarabağla bağlı sərgilədiyi mövqe vacib əhəmiyyət daşıyır və bir daha proseslərə aydınlıq gətirib”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat hesab edir ki, müsahibənin ən vacib məqamlarından biri Rusiya dövlət başçısının Dağlıq Qarabağın hər zaman Azərbaycana aid olmasıyla bağlı səsləndirdiyi fikridir: “Bu, olduqca mühüm mesajdır. Belə ki, bu həm tarixi, həm hüquqi baxımdan ermənilərin Dağlıq Qarabağı manipuliyasiya etmək şansına birdəfəlik son qoydu. Digər vacib məqam isə ondan ibarətdir ki, Rusiya prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir. Bu baxımdan Türkiyə-Azərbaycan müttəfiqliyindən bəhs edərkən Türkiyənin sərgilədiyi mövqeyinin əsla beynəlxalq hüquqa zidd olmadığını, yəni Azərbaycanın müstəqil dövlət kimi öz seçdiyi müttəfiqləri ilə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının normal hal olduğunu və hər şeyin hüquqi kontekstdə baş verdiyini göstərir". C.Osmanov bildirib ki, Putinin müsahibəsində vacib məsələlərdən digəri isə Ermənistanın 10 noyabr razılaşmasından imtina etməsinin böyük səhv, onun intiharı kimi dəyərləndirməsidir: “Ermənistanın savaşdan mütləq məğlubiyyətlə ayrılması və Putinin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək vurğulması Ermənistanın ikinci dəfə savaşa girməsinin hansı sonluqla nəticələnə biləcəyinin cavabını vermiş olur. Bununla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının buraya müdaxilə edə bilməməsini vurğulaması, heç kimin Ermənistana təcavüz etmədiyini bildirməsi də Ermənistan üçün açıq mesajdır". O deyib ki, bütün bunlar növbəti mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır: “Bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”. Geri dön |