Ana Sayfa > Siyasət > “İmzalanan bəyanat Ermənistanın məğlubiyyətinin etirafı idi” - deputat

“İmzalanan bəyanat Ermənistanın məğlubiyyətinin etirafı idi” - deputat


16-11-2020, 16:43. Yazar: admin

“İmzalanan bəyanat Ermənistanın məğlubiyyətinin etirafı idi” - deputat
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin 10 noyabrda imzaladığı bəyanat ermənilərin döyüş meydanında məğlubiyyətinin sənəd üzərində əksi hesab olunur.

9 bəndlik sənəddə 1 dekabradək Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı öz əksini tapıb. Yəni 1 dekabr tarixinədək mərhələli şəkildə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam şəkildə tərk etməlidir.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Cebhe.info-ya açıqlamasında deyib ki, 10 noyabrda imzalanan bəyanat Ermənistanın məğlubiyyətinin etirafı idi:

“Bu bəyanat, eləcə də dinc yolla ərazilərin boşaldılmasını nəzərdə tutur. Ama yenə də “ağa durur, ağacan durur”. Yəni dinc yolla boşaltmasalar, müharibə yolu ilə yenə də onları ərazimizdən çıxardacağıq. Amma hər halda 1 dekabradək prosesləri gözləməliyik. Ondan sonra artıq nə dərəcədə həll olunarsa, ona uyğun qərar verməliyik”.

Deputat sonda bəyanatın müddəaları yerinə yetiriləcəyinə və hər hansı bir problemin olmayacağına ümid etdiyini söyləyib.
Geri dön