Ana Sayfa > Siyasət / Manşet > Mingəçevirin icra başçısının qara günləri başlayır...

Mingəçevirin icra başçısının qara günləri başlayır...


12-03-2015, 09:12. Yazar: admin
Mingəçevirin icra başçısının qara günləri başlayır...
“2015 Avropa Oyunları bitəndən sonra Mingəçevirin icra başçısı Niyazı Bayramov öz postunu itirə bilər”. Xəbər verildiyi ki, Kanoe sprinti idman növü üzrə yarışlar Minğəçevirdə keçiriləcək və bir neçə ildir ki, şəhərdə təmir tikinti işləri aparılır.

Vertikal.az-a daxil olan məlumata görə, ölkə başçısı sonuncu Mingəçevir səfərindən də razı qalmayıb. Elə bu səbəbdən də, Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalandı.

Məlumatı verən mənbə bildirir ki, təmir-tikinti işləri zəif və əsasən də Avropa standartlarına uyğun aparılmır. Elə buna görə də, etimadı doğrultmayan Niyazi Bayramov postunu itirə bilər.

Geri dön