Ana Sayfa > Siyasət > Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib


29-10-2020, 12:16. Yazar: admin

Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib
Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.
Geri dön