Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır” Prezident İlham Əliyev: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır”

Prezident İlham Əliyev: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır” Prezident İlham Əliyev: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır”


27-10-2020, 10:23. Yazar: admin
Prezident İlham Əliyev: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır” Prezident İlham Əliyev: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır”

“Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində “Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır” sualına cavbında bildirilb.

Prezident deyib ki, prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir: “Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”.
Geri dön