Ana Sayfa > Siyasət > Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır


20-10-2020, 19:22. Yazar: admin
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazır. Buna görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Vətən müharibəsində möhkəm birlik, həmrəylik nümayiş etdirir, dövlətimizin başçısının ətrafında sıx birləşib, ordumuza dəstəyini əsirgəmir. Cəbhə bölgəsində yaşayan, top, mərmi atəşlərinə, raket zərbələrinə mərdliklə sinə gərərək, öz el-obasını tərk etməyən sakinlərimizin fədakarlığı hər birimizdə qürur hissi doğurur. Xalqımız Prezidentimizin ətrafında daha sıx birləşdi, bir daha əmin oldu ki, dövlətimizin başçısı hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Qənirə Paşayeva deyib ki, hazırda biz tarixi günlər yaşayırıq. Bu günlərdə bütün azərbaycanlıların, azərbaycansevərlərin diqqəti döyüş meydanındadır. Hər birimiz Prezident İlham Əliyevin açıqlamalarını həsrətlə gözləyirik. Xalqımız dövlətimizin başçısından qələbə xəbərlərini böyük sevinclə, ruh yüksəkliyi ilə qarşılayır. Prezidentimiz qürur bəxş edir, Prezidentimiz inam aşılayır.

Deputat qeyd edib ki, ermənilər bir gün anlayacaqlar və yaxud onlara anladacaqlar ki, “müqəddəs vəzifə” maskası altında qan tökməyin, evlər yıxmağın cəzası çox ağırdır. Onlar bunu anlamayana qədər bütün saxtakar erməni siyasətçiləri, saxta qəhrəmanlar üçün məhşər günü olacaq.

“Xalq hər zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” Sözünüz sözümüz, yolunuz yolumuzdur, cənab Prezident!”, - deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.
Geri dön