Ana Sayfa > Siyasət > BMT ermənilərin Gəncəyə hücumunu pisləyib
BMT ermənilərin Gəncəyə hücumunu pisləyib18-10-2020, 20:40. Yazar: admin |
Ermənistan və Azərbaycan arasında vəziyyətə dair BMT-nin Baş katibinin sözçüsü bəyanat yayıb. Baş katib münaqişə ərazisində insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayır: “Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi tamamilə qəbulolunmazdır. Baş katib tərəflərin beynəlxalq birliyin döyüşləri dərhal dayandırmaq üçün təkrar çağırışlarına davamlı olaraq məhəl qoymadıqlarına görə dərin təəssüf hissi keçirir. Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə son telefon danışıqlarında baş katibin bir daha vurğuladığı kimi, hər iki tərəf beynəlxalq humanitar hüquqa görə hərbi əməliyyatlar apararkən mülki şəxslər və mülki infrastrukturun qorunması və müdafiəsini təmin etmək öhdəliyi var. Oktyabrın 18-də humanitar atəşkəsin başlanmasına dair elanı qeyd edən Baş katib hər iki tərəfin bu öhdəliyə tam əməl edəcəklərini və ATƏT-in Minsk Qrupu çərçivəsində təxirə salınmadan substantiv danışıqları davam etdirəcəklərini gözləyir”. Geri dön |