Ana Sayfa > Siyasət > Kreml: Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür
Kreml: Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür15-10-2020, 15:53. Yazar: admin |
Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. “Burada əsas məsələ münaqişə tərəflərinin, yəni Azərbaycan və Ermənistanın buna hazır olub-olmamasıdır. Hər hansı sülhməramlıların, müşahidəçilərin - kim olursa olsun – yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür”, - Putinin sözçüsü Rusiyanın sülhməramlı qüvvələrini Dağlıq Qarabağa göndərməyə hazır olub-olmadığı ilə bağlı sualı cavablandırarkən söyləyib. “İndiyə qədər bu suala cavab eşitməmişik”, - o əlavə edib. Geri dön |