Ana Sayfa > Siyasət > İƏT münaqişənin BMT-nin qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyən açıqlama yayıb

İƏT münaqişənin BMT-nin qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyən açıqlama yayıb


10-10-2020, 21:44. Yazar: admin
İƏT münaqişənin BMT-nin qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyən açıqlama yayıb

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmaqla və mülki şəxslərin tələfatına səbəb olmaqla Dağlıq Qarabağ regionunda Azərbaycan Ordusuna qarşı hücumlarının və hərbi əməliyyatların İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi tərəfindən izlənilməsinin davamı olaraq, Baş Katiblik atəşkəsin əldə olunmasının əhəmiyyətini bir daha vurğulayır.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Baş Katiblik tərəfləri BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, birbaşa dialoq vasitəsilə münaqişənin sülh yolu ilə həllinə çağırır.

Baş Katiblik əvvəlki bəyanatında Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirib, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çəkilməsini tələb edib, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinin dialoqdan keçdiyini bəyan etmişdi.
Geri dön