Ana Sayfa > Siyasət > XİN: Ermənistan Cenevrə Konvensiyasını kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu hədəfə alır

XİN: Ermənistan Cenevrə Konvensiyasını kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu hədəfə alır


5-10-2020, 12:37. Yazar: admin
XİN: Ermənistan Cenevrə Konvensiyasını kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu hədəfə alır

Sentyabrın 27-dən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Leyla Abdullayeva oktyabrın 5-də keçirilən brifinqdə deyib.

Leyla Abdullayeva bildirib ki, sentyabrın 27-dən indiyədək ermənilərin atəşi nəticəsində 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb. Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirir.
Geri dön