Ana Sayfa > Siyasət > Çarəsiz qalan ermənilər dünyadan kömək diləyirlər

Çarəsiz qalan ermənilər dünyadan kömək diləyirlər


4-10-2020, 01:31. Yazar: admin
Çarəsiz qalan ermənilər dünyadan kömək diləyirlər

Berlin, 4 oktyabr, AZƏRTAC

Alman jurnalisti Pol Ronjeymer Tvitter mikrobloqunda erməni cəmiyyətindəki ümidsizlik və çaxnaşmanı əks etdirən yazı yayımlayıb.

AZƏRTAC xəbər verir ki, o, yazısını “dörd min qurbanla, ermənilər özlərini taleyin mərhəmətinə atılmış hiss edirlər” sözləri ilə başlayır. Həmçinin, qeyd edir ki, praktik olaraq, hər bir erməninin cəbhəyə çağırılan qohumu və ya tanışı var.

“Niyə Merkel burada baş verən müharibədən bu qədər az danışır?”, - müəllif bu səhər Yerevanın aeroportunda ona hansısa erməni tərəfindən ünvanlanmış sualı verir.

Ronjeymer postunu cəbhənin 8 saat məsafədə yerləşdiyi barədə sözlərlə bitirir.

Bu yazı erməni cəmiyyətindəki çaxnaşmanı və ümidsizliyi açıq şəkildə əks etdirir.
Geri dön