Ana Sayfa > Siyasət > Müxalifət nümayəndələri Ordumuzun qələbəsindən danışdılar: “... inamımız tamdır”
Müxalifət nümayəndələri Ordumuzun qələbəsindən danışdılar: “... inamımız tamdır”4-10-2020, 01:27. Yazar: admin |
Oktyabrın 3-də Qarabağ cəbhəsində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub. Ordumuzun qısa müddət ərzində bu cür qələbələr qazanması cəmiyyətin bütün təbəqələrində coşqu ilə qarşılanıb. İnsanlar eyvanlara çıxaraq, “Qarabağ”, “Qələbə” deyə hayqırıblar. Eyni zamanda sosial şəbəkələrdə də ordumuza, Ali Baş Komandana təşəkkür statusları yazılıb. Bütün bunların fonunda ölkədə həm də ciddi şəkildə milli birlik müşahidə edilir. Bu birlikdə müxalifət də, iqtidar da yalnız qələbə amalı üçün çalışır. Musavat.com-a danışan müxalifət nümayənləri də bunu təsdiq ediblər. ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, onun fikrincə 3 gün sonra Şuşa, Laçın da daxil olmaqla, bütün ərazilərimiz işğaldan azad ediləcək: “İşğaldan azad edilən kəndlərin sayəsində, artıq orada heç bir ciddi təhlükə qalmayıb. Mənim məlumatım var ki, bizim əsgərlərimiz hətta Kəlbəcərə, Laçına qədər gediblər. Faktiki olaraq, Dağlıq Qarabağın taleyi həll olunub. Ermənilər bu illər ərzində orada həddindən artıq böyük müdafiə sədləri qurublar. Hər halda düşünürəm ki, 10-15 gün ərzində məsələ tamamilə həllini tapacaq. Əsas mövqe döyüşləridir. Mövqelər tutulduqdan sonra müharibə bitmiş hesab edilir. Hazırda isə Ermənistan tamamilə demoralizə olunub”. Ağ Partiyanın sədri Tural Abbaslı söyləyib ki, Ordumuza olan inamları tamdır: “İllərdir ki, Azərbaycan ordusunun hərbi arsenalının gücləndirilməsinin, ordu nizaminin artırılmasının şahidiyik. Biz ordumuza tam formada əmin idik. Bilirdik ki, ordumuz Ermənistan ordusu ilə üz-üzə qalarsa, torpaqlarımızı, tamamilə işğaldan azad edə bilər. Ancaq biz reallıqları da nəzərə almalıyıq. Belə ki, 30 ildən çoxdur düşmən torpaqlarımızda ciddi istehkam qurğuları qurub. Bundan əlavə ərazinin coğrafi şəraiti də döyüş aparılmasını çətinləşdirir. Düşmən hal-hazırda qazdığı tunellərdə siçovul kimi gizlənməklə məşğuldur. Bu da çox çəkməyəcək və Azərbaycan ordusu bütün işğal altındakı torpaqlarımızı azad edəcək. Ordumuza, ordu rəhbərliyinə güvənməli, hərbçilərimizi tələsdirməməli, tez nəticələr əldə etməsi üçün sıxışdırmalı deyilik. Belə olarsa, az itki ilə böyük uğurlar əldə edəcəyik. Qısa zamanda azad etdiyimiz əraziləri böyük uğur hesab edirəm”. REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib ki, qəlbimiz ordumuzladır: “Düşünmürəm ki, bu gecə yata bilək. Çünki fikirləşirik ki, bəlkə gecə saatlarında da xoş xəbərlər gəldi. Ordu ilə xalqın və dövlətin atdığı addımlar öz nəticələrini verməli idi. Düzgün zaman seçimi, taktiki addımlar, diplomatik həmlələr qələbəni daha da yaxınlaşdırır. Son kəndlərin alınması, Azərbaycan ordusunun yüksəklikləri tutması ondan xəbər verir ki, yaxın günlərdə daha böyük qələbə xəbərlərini alacağıq. Dualarımız ordumuz, əsgərlərimizlədir”. N. Cəfərli bu günlərdə cəmiyyətin də reaksiyasını müsbət qiymətləndirib: “Sosial şəbəkə istifadəçiləri də kifayət qədər yetkinlik göstərirlər. İnsanlarımız, vətəndaşlarımız qaydalara əməl edirlər. Bu isə onu göstərir ki, hər kəs hansısa addımı ilə qələbəyə gedən yola az da olsa dəstək olmağa çalışır. Bu, uzun illərdir ki, Azərbaycanın həsrət qaldığı bir mənzərədir”. Əli Rais, Musavat.com Geri dön |