Ana Sayfa > Siyasət > Sülhün dayaqları sarsıdılıb ! – “Son sözü Azərbaycan deyəcək”! – Müharibə gözlənilir !

Sülhün dayaqları sarsıdılıb ! – “Son sözü Azərbaycan deyəcək”! – Müharibə gözlənilir !


4-09-2020, 16:05. Yazar: admin
“Amma bu dəfəki müharibə və hərbi kampaniya baş vermişlərdən fərqlənəcək”
Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan gözlənilmədən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna səfər edib. Bu barədə Ermənistan KİV-i yazıb. Bildirilib ki, Paşinyanı Xocalı aeroportunda separatçı rejimin başçısı Araik Arutunyan və Ermənistan müdafiə naziri David Tonoyan qarşılayıb.
Qarabağa Mi-171 helikopetri ilə gələn Nikol Paşinyan işğal altındakı torpaqlara geniş səfər proqramı ilə gəlib. Hazırda Dağlıq Qarabağda hərbi təlimlər gedir. Hətta Paşinyanın arvadı Anna Akopyan da bu təlimlərdə iştirak edir. Görünür ki, ya əsgər çatışmazlığı var, ya da... Bəlkə də, Ermənistan hakimiyyəti həmişə olduğu kimi, yenə qadınların arxasında gizlənməyi arzulayır. Onsuz da buna öyrəşib.Sülhün dayaqları sarsıdılıb ! – “Son sözü Azərbaycan deyəcək”! – Müharibə gözlənilir !

Dağlıq Qarabağdakı hərəkətlilik barədə “Sherg.az”a fikirlərini bildirən politoloq Tofiq Abbasov düşmənin müharibəyə hazırlaşdığını düşünür:

“Ermənistan uzunmüddətli müharibəyə hazırlaşır. Təsadüfi deyil ki, həm Ermənistan rəhbərliyi, həm də qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti daim müharibəyə hazır olduqlarını deyirlər. Onlar günahlarını bizim boynumuza atmağa, Azərbaycanın sülh istəmədiyini əsaslandırmağa çalışırlar. Amma bu, heç ayaq tutası yalan deyil.

Ermənilər özləri sülhün dayaqlarını sarsıdırlar. İşğalçılar Rusiyadan silah almaqla hərbi əməliyyatlara tədarük gördüklərini nümayiş etdirməklə yanaşı, həm də bizə psixoloji zərbə vurmağa çalışırlar.

Lakin beynəlxalq aləmdə siyasi dəstəyimiz artır. Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın işğalçılıq siyasətini qınayırlar. Əlbəttə, sonadək belə davam etməyəcək. Azərbaycan müharibəyə çoxdan hazırdır və son sözü güclü tərəf, yəni biz deyəcəyik”.

T.Abbasovun fikrincə, yaxın zamanda müharibənin başlanması istisna deyil:

“Son hadisələr açıq-aydın göstərir ki, düşmən döyüş istəyir. Ermənilər hərbi əməliyyatların yenidən alovlanmasına və vəziyyət gərginləşən kimi üçüncü tərəfin arxasında gizlənməyə çalışırlar. Amma bu dəfəki müharibə və hərbi kampaniya baş vermişlərdən fərqlənəcək”.
Geri dön