Ana Sayfa > Siyasət > XİN: Los Anceles və Belçikada radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılanlar var
XİN: Los Anceles və Belçikada radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılanlar var23-07-2020, 13:18. Yazar: admin |
“Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb”. APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, həmin şəxsin məhkəməsi olacaq: “Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”. Geri dön |