Ana Sayfa > Siyasət > Deputat təsdiqlədi:“Saxlanılan məmur qohumumdur, amma...”
Deputat təsdiqlədi:“Saxlanılan məmur qohumumdur, amma...”7-07-2020, 18:37. Yazar: admin |
“Uzun illərdir, o adamla heç bir əlaqəmiz yoxdur” "Nazirliklərdə oxşar proseslər həyata keçirilməli və rüşvətə qurşanmış məmurlar cəzalanmalıdırlar” Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Xarici İşlər Nazirliyində əməliyyat-axtarış tədbirləri keçirib. Saxlanılanlar arasında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadənin adı da var. Onun Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin qohumu olduğu iddia edilir. Bu barədə “Sherg.az”a danışan millət vəkili məlumatı təsdiqləyib: “Bəli, bu, həqiqətdir. Ancaq uzun illərdir, o adamla heç bir əlaqəmiz yoxdur. Düşünürəm ki, bütün nazirliklərdə oxşar proseslər həyata keçirilməli və rüşvətə qurşanmış məmurlar cəzalanmalıdırlar. Bütün məmurlar qanun qarşısında bərabər olmalıdır”. Parlamentari DTX-nin bu əməliyyatlarının nəticə verəcəyinə inanır: “Korrupsiyaya qarşı mübarizə dövlətin daxili siyasətinin əsas istiqamətlərindən biridir. Bu mübarizə davam etdirilməli və vəzifəsindən sui-istifadə edən vəzifə sahibləri işfa olunaraq cəzalanmalıdırlar”. Geri dön |