Ana Sayfa > Siyasət / Manşet > Elmar Vəliyevin Yevlaxdan Gəncəyə daşıdığı adamı başçıdan heç də razı deyilmiş...
Elmar Vəliyevin Yevlaxdan Gəncəyə daşıdığı adamı başçıdan heç də razı deyilmiş...22-04-2015, 10:27. Yazar: admin |
Bu gün dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bir çox rayon və bölgələrimizdə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyəşən bir çox tibb müəssisələri var ki, onlar hələ də ölkə qanunlarından daha çox öz yazılmamış daxili “qanunlarına” riayət edirlər.Bu müəssisələr sırasına Gəncə şəhərinin 3 saylı poliklinikasını da aid etmək olar. Son vaxtlar bu tibb müəssisəsinin fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da poliklinikanın baş həkimi Rasim Hüseynovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Bu məlumatlara görə poliklinikaya müraciət edən sakinlərdən adi bir iynə vurulması və ya müayinə üçün də pul tələb olunur. Səbəbini soruşduqda isə həkimlər "biz özümüz öz cibimizdən spirt, bint, pambıq və ya dərman almalıyıq" - deyə cavab verirlər. Lakin mənbələr bu tibb müəssisəsində yaranmış vəziyyətə görə, əslində poliklinikanın baş həkimi Rasim Hüseynovun birbaşa məsuliyyət daşıdığına əmindirlər. Məlumat üçün bildirək ki, Rasim Hüseynov bir müddət əvvəl Yevlax Əlillərin Bərpa Mərkəzində baş həkim vəzifəsində çalışırdı. Lakin Gəncəyə icra başçısı təyin olunan Elmar Vəliyev, bu şəhərə gələrkən özü ilə birgə R.Hüseynovu da bura gətirərək, onun hazırda tutduğu vəzifəyə təyinatına nail olmuşdur. Bununla belə mənbələr bildirirlər ki, bu yeni təyinatı baş həkimin heç də ürəyincə olmamışdır. Belə ki, Əlillərin Bərpa Mərkəzində gəlirinin indikindən qat-qat artıq olduğunu deyən Rasim Hüseynov ara-sıra öz himayədarının “qarasına” danışmaqdan da özünü saxlaya bilmir. Təbii ki, əlillərin bərpa mərkəzlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərmələri, bu müəssisələrdə R.Hüseynov kimi kadrlar üçün yeyinti və mənimsəmə imkanlarını da daha geniş edir. Və əlbəttə ki, belə mərkəzlərdən birinin verdiyi imkanları, qətiyyən şəhər poliklinikasında ələ-keçə biləcək “xırda-xuruşla” müqayisə etmək olmaz. Buna görə də taleyindən və E.Vəliyevdən tez-tez şikayətlənməyə adət etmiş R.Hüseynov dəfələrlə yaxın ətrafının əhatəsində bildirib ki, o, sən demə “isti yerindən” ayrılaraq Gəncəyə gəlməyə tamamilə başqa şərtlər müqabilində razılıq verib. Belə ki, onun sözlərinə görə Elmar Vəliyev bu “əvəz olunmaz” kadrı Gəncəyə gəlməyə razı salmaq üçün, guya ki, ona Gəncə Şəhər Səhiyyə İdarəsinin müdiri postunu boyun olub. Lakin aradan keçən müddət ərzində Rasim Hüseynovun bu arzuları xülya olaraq da qaldı. Belə ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə bir neçə ay öncə Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev tutduğu vəzifəsindən azad edilib. Həmin yerə Azərbaycan Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kafedra müdiri, tibb elmləri doktoru Məmmədov Əlikram Mustafa oğlu təyinat alıb. Qeyd edək ki, Ə. Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb. Rasim Hüseynov belə tanınmış bir alimlə heç bir sahədə müqayisə də oluna bilməz.Əlbəttə ki, fəaliyyətinin dürüst və obyektiv qiymətləndirilməsi baş verərsə, əslində R.Hüseynovun heç indi tutduğu vəzifəyə belə qətiyyən layiq olmadığı müəyyənləşər. Amma baş həkimin öz ambisiyaları onu tam fərqli tərzdə düşünməyə sövq edir. Yeri gəlmişkən qeyd edək ki, daxil olan məlumatlarda R.Hüseynovun şəxsi əxlaqi keyfiyyətləri də şübhə altına alınır. Belə ki, mənbələr baş həkimi tabeliyində çalışan bəzi tibb bacılarına qarşı yolverilməz davranışda ittiham edirlər... Geri dön |