Ana Sayfa > Siyasət > Qarabağ Qərbin diqqətində: Bakıya dəstək güclənir
Qarabağ Qərbin diqqətində: Bakıya dəstək güclənir23-06-2020, 10:17. Yazar: admin |
Azərbaycanın daha bir diplomatik uğuru, savaşa “yaşıl işıq”; avropalı analitik: “Baknın işğal probleminin tez və effektiv həlli üçün bir yolu var...” Ötən həftəsonu Avropa Parlamenti (AP) Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən növbəti mühüm sənəd qəbul edib. AP-ın 2020-ci il iyun sammiti ərəfəsində qəbul etdiyi 2019/2209 (INİ) nömrəli qətnamədə bir daha qurumun 2010-cu il mayın 20-də təsdiqlədiyi və Ermənistanı işğalçı kimi tanıyan sənədinə istinad edilir. Regiounun üç dövlətinin ərazi bütövlüyü növbəti dəfə müdafiə edilir və ermənilərin manipulyasiya etməyi xoşlaqıdıqları öz müqəddəratını təyinetmə hüququ haqda bir kəlmə də deyilimir. Avropa Parlamentinin sonuncu sənədinin ən qiymətli cəhəti elə ondan ibarətdir ki, özündə oxşar münaqişələrə fərqli yanaşma tətbiq etməyin yolverilməzliyinin dünya birliyi tərəfindən get-gedə daha çox başa düşülməsini əks etdirir. Yada salaq, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrə münasibətdə ərazi bütövlüyünün həmişə dəstəklənməsi bildirildiyi halda, Qarabağ konfliktinə gəldikdə, “ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklənməsindən” danışılırdı. Bu sənəd isə beynəlxalq birliyin belə oxşar mahiyyətli münaqişələrə ikili yanaşmadan uzaqlaşmasını göstərən aşkar faktdır. Doğrudur, sənədin (b, r) bəndində ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklənməsindən danışılır, lakin burada ermənilərin çox xoşladığı üç prinsipi amorf şəkildə təkrarlamadan konfliktin BMT Nizamnaməsində və 1975-ci il “Helsinki Yekun Aktı”nda əks olunmuş beynəlxalq hüquq normaları əsasında nizamlanmasının zəruriliyi vurğulanır. Ancaq bu norma və prinsiplərin məzmunu, xüsusən təyini-müqəddərat məsələsində onların reallaşması çərçivələri nədən ibarətdir - qoy ermənilər zəhmət çəkib bu sənədlərə müraciət etsinlər. Hərçənd Helsinki sənədinin mövcud olması barədə susmalarına görə şübhə etmirik ki, onlar həmin sənədi diqqətlə öyrəniblər və xalqların təyini-müqəddərat hüququnun reallaşdırılması üçün bu sənəddə göstərilən meyarları çox yaxşı bilirlər. Yəni artılq bilməmiş deyillər ki, Helsinki sənədində ərazi bütövlüyü prinsipi öndə gəlir, əsas götürülür. AP-nin son qətnaməsinin (b o) bəndində xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış da var. Bu bənd ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi “Şərq Tərəfdaşlığı”nın iştirakçıları olan bütün ölkələrə və deməli, əraziləri Ermənistan tərəfindən işğal edilmiş Azərbaycana da aiddir. Qurumun sənədində daha bir yeni element ondan ibarətdir ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlı”ğının iştirakçı ölkələrinin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” (b m bəndi) suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləyir. Halbuki erməni rəsmiləri öz xalqını hələ də belə bir tezislə aldatmaqda davam edir ki, guya dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin hələ Azərbaycan müstəqillik əldə edənə qədər onun tərkibindən guya “çıxmış” Dağlıq Qarabağa aidiyyəti yoxdur. Lakin Avropa Parlamentinin qətnaməsində Avropa İttifaqının “ərazi bütövlüyü” anlayışının məhz nədən ibarət olması dəqiqləşdirilir, bu cür spekulyasiyalar rədd edilir və bu məsələyə qəti nöqtə qoyulur. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyərkən, məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, yəni Dağlıq Qarabağ regionu ilə birlikdə ərazini nəzərdə tutur. Bundan əlavıə, Avropa İttifaqı ilk dəfədir ki, dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güc tətbiqi lə təmin etmək hüququnu nəinki tanıyıb, həm də bu səyləri dəstəkləyib. Belə ki, qətnamənin (b o) bəndində tələb edilir ki, əgər könüllü şəkildə ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güclə təmin etmək hüququ var. ***** Beləcə, Qarabağ məsələsində Bakının daha bir diplomatik uğuru ortadadır. Əfsus ki, konfliktlə bağlı qəbul edilən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri də daxil, bunca sayda sanballı, obyektiv xarakterli sənədlər, habelə işğalçıya yönəlik ədalətli tələblər indiyədək reallaşmamış qalır. Təcavüzkara qarşı sanksiyalar tətbiq olunmur. Bəs səbəb nədir? Axı söhbət, məsələn, gizli “xristian təəssübkeşliyi”ndən gedirsə, Avropa Parlamenti (Avropa Birliyi) sırf xristian dövlətlərindən ibarətdir. Həmçinin obyektiv sənədlərin qəbul olunduğu bir sıra digər nüfuzlu beynəlxalq qurumlarda (AŞ PA, NATO) əsas söz sahibi məhz xristian ölkələridir. “Azərbaycan dünyanın aparıcı güclərinin maraqlarının kəsişdiyi strateji əhəmiyyətli zonada yerləşir və zəngin təbii ehtiyatlara malikdir. Bu isə dünyanın ən böyük maliyyə mərkəzlərindən maraqların mövcudluğunu müəyyənləşdirir. Məhz bu amillər dünyanın söz sahiblərinə Ermənistandan öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxartmağı tələb etməyə mane olur və müxtəlif beynəlxalq təşkilatların tələblərinə əməl etmədiyi üçün sanksiya ona sanskiyalar tətbiq etməyə tələsmirlər”. Bunu ispan politoloq Xavyer Kovovski Dağlıq Qarabağ konlfliktinin uzanmasının səbəblərindən danışarkən söyləyib. “Azərbayvanın təbii sərvətləri - neft, qaz, qızıl - bütün bunlar plutokratik oliqarxik mərkəzləri məcbur edir ki, ölkəni gərginlikdə saxlasınlar, kömək üçün onlara müraciət etmək zorunda qoysunlar. Nəticədə bölgəyə nəzarət üçün daha bir vasitə əldə eləmiş olurlar. Üstəlik, onlar hər iki tərəfə oynayırlar: eyni vaxtda həm Azərbaycana, həm də onun düşməninə - Ermənistana kömək edirlər. Yekunda ”yük hələ də köhnə yerində" qalmaqdadır", - deyə politoloq qeyd edib. Onun sözlərinə görə, Ermənistan və Dağlıq Qarabağın erməni separatçıları məhz elə həmin oliqarx dairələr tərəfindən maliyyələşdirilir. “PKK terror qruplaşmasının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində təlim keçməsi barədə yayılan son məlumatlar bunun başqa bir sübutudur. Ona görə də, fikrimcə, Azərbaycanın işğal problemini tez və effektiv həll eləmək üçün yeganə bir yolu var: bu da hərbi yoldur”, - deyə ekspert əminliklə əlavə edib. Lakin digər ispan politoloq, Madriddəki Stratreji Tədqiqatlar Fondunun direktoru Barax Mikail qismən fərqli düşünür və hesab edir ki, hələ Dağlıq Qarabağ istilafının dinc həll imkanları tükənməyib. “İspaniyanın da daxil olduğu Avropa Birliyinin rəsmi açıqlamaları Azərbaycan və Ermənistanın razılığa gələ biləcəyinə ümid verir. İndi dünya geosiyasətinin məhdud problemlər çevrəsi ətrafında fırlandığı zamanda əsl məqamdır. Və geosiyasi sistemin özünün dəyişdiyini göstərən əlamətlər var. Əgər vaxt itirilsə, bu münaqişəni danışıqlar yolu ilə həll etmək arxiproblematik olacaq”, - deyə o vurğulayıb. ***** Qaabağ problemin dinc həllinə əngəl olan qlobal güclərdən söz düşmüşkən, heş şübhəsiz, söhbət ən əvvəl Rusiyadan gedir - marionet Ermənistanın şəriksiz yiyəsi Rusiya. Təəssüf ki, Moskvanın Dağlıq Qarabağ məsələsində İrəvana yetərli təsir göstərmək səylərinun şahidi olmuruq. Nikol Paşinyan hakimiyyətinə təzyiqlər varsa belə, bu, Qarabağla yox, oradakı daxili siyasi proseslər və Paşinyan hökumətini daha rusiyayönlü qüvvə ilə əvəzləmək niyyəti ilə bağlıdır. “Bu gün Ermənistanda baş verənlər Rusiyanın Paşinyan hökumətinə təzyiqlərinin nəticəsidir. Son proseslər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ətrafındakı 7 rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması ilə bağlı verdiyi açıqlamadan sonra başladı. Bu, əslində Azərbaycanı sevdikləri üçün verilən açıqlama deyil, erməni ictimaiyyətini Paşinyan hökumətinə qarşı qaldırmaq cəhdi idi. Dolayısı ilə bununla Ermənistanın ictimai rəyini test etmək istədilər”. Paşinyan iqtidarı təmas xəttindəki proseslərə nəzarət edə bilmir ... Natiq Miri Politoloq Natiq Miri bu qənaətdədir (Teleqraf.com). Onun sözlərinə görə, Lavrovun məlum açıqlamasından sonra vaxtilə iqtidarda olmuş “Qarabağ klanı”nın nümayəndələri mediada Paşinyanın əleyhinə kəskin ittihamlar səsləndirməyə başlayıblar: “Bu iddialar və ittihamlar erməni xalqını Paşinyan hökumətinə qarşı qaldırmaq cəhdləri ilə əlaqəli idi. Rusiya buna çalışır. Bu gün Ermənistan mediasının böyük bir hissəsi Paşinyan əleyhinə materiallar dərc edir. Bu, Rusiyanın Paşinyan hökumətinə qarşı apardığı mübarizənin nəticəsidir. Hesab edirəm ki, Rusiya bu prosesi hərbi çevrilişə qədər apara bilər. Paşinyan hökumətinin belə bir əndişəsi var. Buna görə də müdafiə naziri David Tonoyanın yaxın vaxtlarda vəzifədən azad ediləcəyi ilə bağlı informasiyalar dövriyyəyə buraxılıb. Bu baxımdan, baş qərargah rəisi, Ermənistan polisinin rəhbəri və Milli Təhlükəsizlik Xidməti başçısının postlarından kənarlaşdırılması sıradan bir hadisə deyil. Görünür ki, Paşinyan hökumətinin kəşfiyyat məlumatları var idi ki, bu şəxslər Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib və hökumətin əleyhinə istifadə olunur. Bunlar sübut edir ki, Rusiya Ermənistanda aktiv şəkildə Paşinyana qarşı fəaliyyət göstərir. Rusiya bu prosesi istədiyi nəticəni əldə edənə qədər davam etdirə bilər”. Lakin politoloqa görə, Nikol Paşinyan da Rusiyanın bu cəhdləri qarşısında sakit dayanmayıb. “Paşinyan hökuməti Ermənistan ictimaiyyətində anti-Rusiya ovqatını körükləyir. O, öz siyasətini də bu ovqat üzərində qurur. Buna görə də düşünürəm ki, Rusiya getdikcə Ermənistandakı təsir dairəsini itirir. Paşinyan hökumətinin istəyi də bu dairəni tədricən azaltmaqdır”, - deyə o əlavə edib. İşğalçı ölkədə Rusiya amilinin də fəal rol oynadığı siyasi proseslərin nə ilə bitəcəyi isə sözsüz ki, Dağlıq Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək... Siyasət şöbəsi Geri dön |