Ana Sayfa > Siyasət > Deputat: “İlham Əliyevin çevik və iti ağlı Ermənistan rəhbərliyini rəzil duruma salır”

Deputat: “İlham Əliyevin çevik və iti ağlı Ermənistan rəhbərliyini rəzil duruma salır”


20-06-2020, 10:52. Yazar: admin
Deputat: “İlham Əliyevin çevik və iti ağlı Ermənistan rəhbərliyini rəzil duruma salır”

“Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanın terroru dəstəkləyən, işğalçı ölkə olmasını tutarlı faktlarla və güclü məntiqi ilə Avropa İttifaqının rəhbərliyinin, tədbiri izləyən Avropa siyasətçilərinin diqqətinə çatdırdı”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Şərq Tərəfdaşlığı ölkələrinin liderlərinin videokonfrans formatında keçirilən sammitini şərh edərkən deyib.

O bildirib ki, dövlət başçısı İlham Əliyevin şəxsi hazırlığı, çevik və iti ağlı, ədalətli mövqedən çıxış etməsi istənilən polemikada Ermənistan rəhbərliyini rəzil duruma salır.

“Amma bir şeyi nəzərə almalıyıq ki, dünyanın siyasi xəritəsini cızan ölkələr xristian dövlətləridir, həmin dövlətlərdə xristian həmrəyliyindən məsələlərə yanaşan çoxsaylı siyasətçilər və ictimai xadimlər, çox güclü erməni diasporu və lobbisi var. Məhz bu səbəblərdən işğalçı Ermənistana beynəlxalq birliyin təzyiqlərinə nail ola bilmirik”, - deyə Q.Həsənquliyev əlavə edib

Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan diplomatik müstəvidə psixoloji üstünlüyü təmin edə bilib:

“Bu, çox əhəmiyyətlidir. Torpaqlarımızı işğaldan azad etməyə başlayanda Qərb və dünya siyasətçiləri bunu daha anlayışla qarşılayacaq. Diplomatik uğurlar inşallah, hərbi əməliyyatlarla məntiqi sonluğuna çatacaq və biz işğala son qoyacağıq”.

Qeyd edək ki, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib.

Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşüb və özünü biabır edib.
Geri dön