Ana Sayfa > Siyasət > Həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

Həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək


17-06-2020, 18:40. Yazar: admin
Həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını qeyd edib.

“Bu barədə ayrıca məlumat veriləcək”, - deyə M. Zaxarova vurğulayıb.
Geri dön