Ana Sayfa > Siyasət > Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər - SİYAHI

Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər - SİYAHI


4-06-2020, 16:57. Yazar: admin

Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər - SİYAHI
Milli məclisin sabiq spikeri, millət vəkili Oqtay Əsədov və Reqional məsələlər komitəsinin üzvü Fəttah Heydərov bir müddətdir ki, parlamentin iclaslarında iştirak etmirlər.
Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasını yaşlarının 65-dən çox olması ilə əlaqələndirib. Lakin parlamentdə sözügedən deputatlardan əlavə daha 27 deputat var ki, onların da yaşı 65 və ya daha çoxdur.
Yeniavaz.com həmin deputatların siyahısını təqdim edir:
1. Vəliyeva Sədaqət Süleyman qızı – 66
2. Ziyad Səmədzadə - 70
3. Bəxtiyar Sadıqov – 69
4. Tahir Rzayev – 70
5. Sabir Rüstəmxanlı – 74
6. Rafailov Anatoliy Xaimoviç – 67
7. Cavanşir Paşazadə - 67
8. Aqiyə Naxçıvanlı – 70
9. Madər Musayev – 73
10. Rasim Musabəyov – 69
11. Səttar Möhbalıyev – 65
12. Asim Mollazadə - 67
13. Əli Məsimli – 67
14. Elman Məmmədov – 70
15. Eldar Quliyev – 69
16. Sahibə Qafarova – 65
17. Eldar İbrahimov – 75
18. Fəzail İbrahimli – 69
19. Hicran Hüseynova – 65
20. Rafael Hüseynov – 66
21. İsa Həbibbəyli – 71
22. Fəttah Heydərov – 82
23. Sabir Hacıyev – 66
24. Oqtay Əsədov – 65
25. Əhliman Əmiraslanov – 73
26. Vahid Əhmədov – 73
27. Fəzail Ağamalı – 73
28. Aqil Abbas – 67
29. Mixail Zabelin – 74

Qeyd edək ki, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov modern.az-a açıqlamasında deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayətin daxil edilmədiyini bildirib:
“Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-nə qədər karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib. Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta, mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.

Geri dön