Ana Sayfa > Siyasət > Millət vəkili: “AİB-in Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirməsi kifayət qədər mühüm amildir”
Millət vəkili: “AİB-in Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirməsi kifayət qədər mühüm amildir”2-06-2020, 12:40. Yazar: admin |
“Asiya İnkişaf Bankı () Azərbaycanın əsas tərəfdaşlarından biridir. Bu, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın digər nümayəndələri arasında videokonfransda da bir daha nümayiş olundu”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Millət vəkili deyib ki, 2015-ci ildən etibarən Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur: “Asiya İnkişaf Bankı Azərbaycanın təşəbbüsü ilə reallaşan bir neçə regional layihənin maliyyələşdirilməsində iştirak edib. Eyni zamanda ölkəmizdə infrastruktur layihələrinə birbaşa dəstək verən maliyyə qurumlarındandır. Bu baxımdan Azərbaycan Asiya İnkişaf Bankı ilə münasibətlərin inkişafına önəm verir. O cümlədən Asiya İnkişaf Bankı üçün Azərbaycan əsas regional tərəfdaşlardan biridir. Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın digər nümayəndələri arasında videokonfransda da qeyd olunduğu kimi, Azərbaycan pandemiya dövründə də iqtisadi aktivliyi qoruyub saxlayan ölkələrdəndir. Azərbaycan pandemiya dövrünə yüksək iqtisadi inkişaf göstəriciləri ilə daxil oldu, hətta 2020-ci ilin 4 ayının yekunlarında qeyri-neft sektorunun 16 faiz, ümumdaxili məhsulda isə 0,2 faiz artım qeydə alındı. Nəzərə alınsa ki, əksər inkişaf etmiş ölkədə iqtisadiyyatda azalma qeydə alınıb, bu kontekstdə Azərbaycan pandemiya dövründə də iqtisadi artım tempini qoruyub saxladı”. V. Bayramovun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşan siyasət bir tərəfdən pandemiyanın vətəndaşlarımızın sağlamlığına təsirinin minimumlaşdırılmasına, insanlarımızın sağlamlığının qorunmasına xidmət etdi, digər tərəfdən isə bu siyasət imkan verdi ki, pandemiya dövründə sahibkarlar, muzdlu işçilər, eyni zamanda işləməyən vətəndaşlarımız dövlət dəstəyindən yararlana bilsinlər: “Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanı pandemiyaya qarşı səmərəli mübarizə aparan ölkələrdən biri kimi qiymətləndirir. Təbii ki, dünyanın aparıcı maliyyə qurumlarından olan Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndirilməsi kifayət qədər mühüm amildir və təqdirəlayiq haldır. Asiya İnkişaf Bankı tərəfindən xüsusən Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların qiymətləndirilməsi, Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən siyasətin xüsusi vurğulanması ölkəmizdə aparılan islahatlara verilən yüksək beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Təbii ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbəti dövrlərdə də islahatların dərinləşməsi, xüsusən qeyri-neft sektoru ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan növbəti aylarda, xüsusən postpandemiya dövründə əsas iqtisadi artımı qeyri-neft sektoru hesabına formalaşdıra bilsin. Bu da iqtisadiyyatın inklüzivliyi və dayanıqlığı baxımından çox vacibdir. Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda aparılan müzakirələr də göstərdi ki, Azərbaycanda dərinləşdirilmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə var. Bu isə növbəti dövrlərdə də iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı dərinləşdirilmiş islahatların davam edəcəyindən xəbər verir”. Geri dön |