Ana Sayfa > Siyasət / Manşet > “Qarabağ Broyler”in torpağı əlindən alınır- ŞİKAYƏT
“Qarabağ Broyler”in torpağı əlindən alınır- ŞİKAYƏT28-07-2017, 08:26. Yazar: admin |
“Ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlara verdiyi tapşırığa uyğun olaraq mən də digər sahibkarlar kimi çalışıram ki, ölkəmə vətənimə layiqli xidmət göstərəm.Xüsusilə, regionların inkişaf etdirilməsi, buradakı insanların işlə təmin olunması istiqamətində atılan hər addıma dəstək olmaq hər bir azərbaycanlının vətən qarşısında müqəddəs borcudur.Şəxsən mən bunu özümə müqəddəs borc hesab edirəm.Məhz buna görə də öz sahibkarlıq fəaliyyətimi Füzuli rayonu ərazisində davam etdirdim.2011-ci ildə cənab İlham Əliyevin xeyir-duası ilə Füzuli rayonunun Qarabağ kəndində “Qarabağ Broyler” MMC-ni təsis etdim. Açılışda ölkə prezidenti şəxsən özü iştirak etdi.Həmin gündən fəaliyyət göstərdiyim ta bu günə qədər yerli insanların işlə təmin olunmasında, onların həyat şəraitinin yaxşılaşdırılmasına, habelə ölkə bazarında əhalinin keyfiyyətli quş əti məhsuluyla təmin olunmasına xidmət göstərirəm.Lakin Füzuli rayon İcra Hakimiyyəti başçısı mənim fəaliyyətimə müəyyən mənada zərbələr endirir.Hər gün qarşımıza bir maneə çıxardır...” - deyir Nəriman Əliyev. Nəriman Əliyev artıq 2011-ci ildən Füzuli rayonunda yaratdığı “Qarabağ broyler” MMC-nin rəhbəri kimi rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O sözügedən müəssisədən başqa rayonda ən müasir tələblərə cavab verən otel və digər xidmət obyektləri inşa etdirərək Füzuli rayonunun inkişafına misilsiz töhfələr verib. Onun bu fəaliyyəti dəfələrlə hökumət tərəfindən layiqincə qiymətləndirilib. Ancaq həmsöhbətim bu kəlmələri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev haqqında deyə bilmir. Deyir ki, icra başçısı dəfələrlə onun işində əngəllər yaradıb: “Bilmirəm necə edim. Onsuz da buradakı mövcud durumla əlaqədar olaraq işlərimizdə yaranan müəyyən çətinlikləri qaydasına salırıq.Çalışıram ki, bu sahə burada daha da çox inkişaf etsin. Böyüsün... Bu daha çox insanın işlə təmin olunması, ölkə bazarının quş ətinə olan tələbatının da çox hissəsinin təminatı deməkdir.Cənab Prezidentin tapşırığına uyğun olaraq şirkətə yem məhsulları becərmək üçün 700 hektar torpaq sahəsi verilib. Hazırda biz həmin torpağı becərir, yemə olan tələbatımızın az da olsa, bir hissəsini oradan təmin edirik. İndi İcra hakimiyyəti mənə rəsmi məktub ünvanlayıb ki, həmin torpaqları mən onlara geri təhvil verim.Bəs onda mənim fəaliyyətim necə olsun?Mən burada ölkə rəhbərinin tapşırığını icra edirəm.Dövlətə xidmət edirəm. Görəsən bunların mənim fəaliyyətimə qarşı çıxması kimə, hara xidmət etməkdir?...” “Qarabağ broyler” bir ildə 2,1 min ton quş əti istehsal edir. Ümumilikdə daxili bazara 15-ə yaxın çeşiddə məhsul çıxaran şirkət yemə olan ehtiyacının 20 faizə yaxınını onlara verilən 700 hektar ərazidə dənli bitkilər becərməklə təmin edir.Qalan hissəsini isə daxili bazardan alır.Ümumilikdə 100 nəfərə yaxın işçinin çörək qazandığı şirkət 2000 hektar ərazidə dənli bitki becərərsə, onların dənə olan tələbatları tam ödənə bilər. Amma çətinliklər də var: “Rayon ərazisinin çox hissəsinin işğalçı erməni ordusunun nəzarətində olması bizə çətinliklər yaradır. Əgər dənə olan tələbatlarımızın 100 faizini özümüz becərsək, həm istehsal etdiyim məhsulun qiyməti ucuz olar, həm də istehsal gücümüz daha da artar.Amma bu durumda icra başçısının əlimizdə olan torpağı da geri istəməsi sözün əsl mənasında işimizə güclü zərbə vuracaq.Mən mətbuat vasitəsi ilə ölkə rəhbərindən xahiş edirəm ki, qarşılaşdığım vəziyyətin qaydasına düşməsində mənə yardım etsin”. Bundan başqa Füzuli rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev sahibkara “Qarabağ broyler”in balansında olan torpaq sahəsinin geri verilməsi barədə yazdığı rəsmi məktubun üzərində Nəriman Əliyevin adını “Qarabağ broyler” MMC-nin keçmiş rəhbəri kimi təqdim etməsi, icra başçısının ona qarşı olan şəxsi qərəzliyini ortaya qoyur. Maraqlıdır, görəsən dövlət başçısının tapşırığı ilə Nəriman Əliyevin təsis etdiyi şirkətdən onu Alı Alıyev neçə çıxara bilər?Bu və digər məsələlər aydınlıq gətirmək üçün Füzuli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da cəhdimiz alınmadı.Qeyd edək ki, 2011-ci ildə yaradılan “Qarabağ Broyler” MMC müvafiq gigiyenik və uyğunluq standartlarına əsasən quş əti istehsalı, onun qablaşdırılması və satışı ilə məşğul olur.Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Füzuli rayonunun Qarabağ kəndi ərazisində müasir standartlara cavab verən ətçilik istiqamətində quşçuluq kompleksi inşa edilib.Kompleksdə Türkiyənin aparıcı şirkətlərinin ən müasir tələblərə cavab verən avadanlıqlarından istifadə edilib.Müəssisədə ümumilikdə 15 çeşid mal istehsal olunur.Və ölkə bazarı üçün “Qarabağ broyler” brendi adı altında şirkət bir ildə 2.1 min ton məhsul istehsal edir. Geri dön |