Ana Sayfa > Siyasət / Manşet > Tahir Kərimovun dəbdəbəli villası muzey yox, uşaq baxçası olacaq
Tahir Kərimovun dəbdəbəli villası muzey yox, uşaq baxçası olacaq28-03-2016, 10:19. Yazar: admin |
Ötən gün prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villasının dövlət balansına verilməsi ilə bağlı məlumat yayılmışdı. Qeyd olunurdu ki, Salyan şəhərinin mərkəzində inşa edilən dəbdəbəli villa bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək. Bu gün Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, T.Kərimovun məlum villasının yerində uşaq baxçası olub. Bir neçə il əvvəl T.Kərimovun göstərişi ilə baxça sökülərək icra başçısı üçün villa tikilib. İndi rayon sakinləri Kərimovun villasının muzey deyil, məhz uşaq baxçası olmasını tələb ediblər. Yəqin ki, yaxın günlərdə villa uşaq baxçası kimi fəaliyyətə başlayacaq. Məlumat üçün bildirək ki, villanın sənədləri kökündən saxtadır və Kərimovun təzyiqləri ilə hazırlanıb. Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən qovulub. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib. Geri dön |