Ana Sayfa > Siyasət / Manşet > Məmurun imzası necə saxtalaşdırıldı? - FOTOFAKT
Məmurun imzası necə saxtalaşdırıldı? - FOTOFAKT7-03-2016, 09:15. Yazar: admin |
Redaksiyamıza Cəlilabad rayonundan saxtalaşdırıldığı bildirilən sənədlər və şikayət məktubu daxil olub. Məktubda Cəlilabad rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) nazirliyinin yerli şöbəsində baş verən özbaşınalıqdan bəhs edilir. Həmin məktubu təqdim edirik: "Cəlilabad rayon ƏSMM-də baş verən özbaşnalıqdan sizin də xəbərdar olmağınızı istəyirəm. Bu idarəyə heç bir savadı olmayan, sadə tərcümeyi-halını yaza bilməyən, bir sənədə dərkənar qoya bilməyən M.Abbasovun kimlər tərəfindən vəzifəyə qoyulduğu bütün Cəlilabadlılara aydındır. Amma onu etiraf etmək lazımdır ki, pul qazanmaqın yolunu çox "yaxşı” bilir. M.Abbasov əvvəl rəis müavini təyin eildi. Bir müddətdən sonra nəhayət, bu idarənin direktoru vəzifəsinin icrasına başladı. Amma hələ direktor təyin olunmadan M.Abbasov və inspektorlar yardım almaq üçün müraciət edən vətəndaşlardan pul yığmaqla məşğul idilər. Rüşvət verməyən "cığal” vətəndaşları direktorun əleyhinə qaldırmağa sövq edirdilər. Haqqını tələb edən və pul verməyən vətəndaşlara deyirdilər ki, bütün günahlar əvvəlki direktor Azər Mirzəxanlıdadır. Guya direktor imkan vermir ki, sizə yardım yazaq. Bəzi adamları öyrədirdilər ki, icra başçısına şikayət edib direktorun onlardan pul istədəyini, qadınlara sataşdığını söyləsinlər. Axır ki, Mirzəxanlıya "torba” tikib yola saldılar, müavin M. Abasov çoxdankı arzusuna çatdı. İndi direktorun səlahiyyətlərini həyata keçirir. 2016-cı ilin fevral ayına qədər, yardım almaq üçün müraciət etmiş pul verməyən "cığal ” vətəndaşların (bunların sayı 2000-ə yaxındı) sənədlərini zərfə qoyaraq poçt vastəsi ilə özlərinə qaytardılar. Yazıb vətəndaşa bildirirlər ki, guya sənədlərində çatışmazlıq var. Amma çatışmazlığın nə olduğunu göstərə bilmirlər. Maraqlıdır ki, hamıya eyni məzmunlu bildiriş göndərilib. Ən maraqlısı isə bildirişlər işdən çıxarılmış direktor Mirzəxanlının adından göndərilir və imza yerinə Mirzəxanlı deyil, başqası qol çəkir. Bununla müavin M. Abasov demək istəyir ki, mən günahkar deyiləm bütün günahlar Mirzəxanlıda olub. İndi isə mən sizə iki sənəd təqdim edirəm: birincisində Mirzəxanlının həqiqi imzası var, ikincisi isə saxtadır”. Qeyd edə ki, yanvarın 18-də Cəlilabad sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısında burada baş verən qanunsuzluğa və rüşvətxorluğa etiraz olaraq aksiya keçiriblər. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |