Ana Sayfa > Siyasət / Manşet > ADAU-nun rektoru niyə ucuz təbliğata baş vurub?-VİDEO

ADAU-nun rektoru niyə ucuz təbliğata baş vurub?-VİDEO


22-01-2016, 10:01. Yazar: admin
ADAU-nun rektoru niyə ucuz təbliğata baş vurub?-VİDEO
Son illər ölkədə qəribə bir vəziyyət yaranıb. Durum belədir ki, bəzi məmurlar özlərini təriflətmək məqsədi ilə müxtəlif səpkili yazılar yazdırır və ya kollektivin ona olan «sevgisini» izhar etdiyini nümayiş etdirmək üçün videoçarxlar hazırlatdırır. Lakin bu sıraya alimlərin, ziyalıların qoşulması heç də yaxşı hal sayılmır. Ona görə ki, dədədən, babadan eşitdiyimiz odur ki, alim, ziyalı təvəzökar olmalıdır.

JAM.AZ bildirir ki, Azərbaycanın tanınmış alimlərindən olan, Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov da belə bir videoçarxın hazırlanaraq, yayımlanmasına razılıq verib. Bunu İbrahim müəllim nəinki «Azərbaycan Universitetləri» səhifəsində, hətta özünün şəxsi Facebook profilində paylaşıb.

Bəzi iddialara görə, İbrahim Cəfərov özünün 60 illik yubileyinə həsr olunmuş və tələbələr tərəfindən hazırlandığı deiylən həmin videonu universitetdə 20 Yanvar Faciəsinin anım mərasimində təqdimatını edib. Hərçənd bu iddianın doğru olub, olmadığını demək xeyli çətindir. Əslində, buna inanmaq da istəmirik. Ona görə ki, rektorun ən azından Milli Matəm Günündə belə bir addım atacağı inandırıcı görünmür. Lakin mümkünsüz də hesab edilmir. Çünki İbrahim müəllimin doğum tarixi məhz 20 yanvar gününə təsadüf edir.
JAM.AZ qeyd edir ki, ADAU-nun rektorunun belə bayağı təbliğat vasitəsinə müsbət yanaşması heç də yaxşı hal deyil. Ən azından, İbrahim Cəfərov alimdir, ziyalıdır, ölkənin sayğın, seçkin təhsil ocaqlarından birinə rəhbərlik edir. Onun belə ucuz təqdimatlara, təbliğatlara ehtiyacı olmamalıdır. Ancaq görünən odur ki, cənab rektor da bəzi məmurlar kimi özünü təqdim etmək üçün belə bir vasitəyə baş vurub. Hər halda bəyənilməyən hərəkətdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Geri dön