Ana Sayfa > Siyasət / Manşet > Gəncədə dəmir kimi dəmiryolu problemlər...

Gəncədə dəmir kimi dəmiryolu problemlər...


18-01-2016, 10:34. Yazar: admin
Gəncədə dəmir kimi dəmiryolu problemlər...
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Gəncə dəmiryolu İnfrastruktur Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəisi Aydın Cabbarovun bir çox özbaşınalıqlarına dair danılmaz faktlar təqdim olunur. Eyni zamanda da müəssisənin fəhlələri tərəfindən əlaqədar instansiyalara ünvanlanan şikayət məktublarında Aydın Cabbarova qarşı ağır ittihamlar irəli sürülməkdədir. Bildirilir ki, məhz Aydın Cabbarov bu müəssisəyə rəhbər gələndən sonra bütün peşəkar kadrları işdən uzaqlaşdırıb və özünə yeni komanda yığıb. Onun bu siyasətinin arxasında isə, vakansiyalar yaradıb, ora pulla başqa işçilər götürmək istəyi dayanır. İndiyədək ixtisar edilən işçilərin sayı artıq 120 nəfəri ötüb. Bu iddialar 5 saylı müəssisənin ixtisara salınan bir qrup işçisi tərəfindən KİV-ə, o cümlədən bizim redaksiyaya ünvanlanmış şikayət məktublarında ortaya qoyulmuşdu. Həmçinin şikayətçilər bildirmişdilər ki, onlar məsələ ilə bağlı bir neçə dəfə mətbuata şikayət ediblər, lakin heç bir faydası olmayıb. Vəzifədə işlədiyi müddət ərzində “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanovun himayəsində olduğu iddia edilən A.Cabbarovun bu kimi əməlləri rəhbərlik tərəfindən uzun müddət araşdırılmırdı. Lakin bir müddət əvvəl aldığımız növbəti məlumatlarda artıq QSC rəhbərliyi tərəfindən Aydın Cabbarovun fəaliyyətinin nəzarətə götürüldüyü qeyd olunmuşdu. Bununla belə, Aydın Cabbarov hələ də tutduğu vəzifədə qalmaqda, rəhbərlik etdiyi müəssisənin resurslarını talan etməkdə davam edir. Artıq ötən materiallarda da qeyd etdiyimiz kimi, Ağstafa şəhər sakini Nofəl Quliyev tərəfindən təqdim olunmuş digər bir açıqlamada Aydın Cabbarovun mənimsədiyi pulların bir hissəsini hara xərcləməsinə dair konkret faktlar öz əksini tapmışdı. Vətəndaş Nofəl Quliyev öz ərizəsində Aydın Cabbarovla bacanaq olduğunu bildirmiş, eyni zamanda da sonuncunun həm məişət pozğunluğuna, həm də dələduzluq əməllərinə dair ağır ittihamlar irəli sürmüşdü. Şikayətçinin sözlərinə görə, onun həyat yoldaşı Sona, Aydın Cabbarovun təsiri altına düşərək, onun göstərişi ilə dələduzluq etmiş və Ağstafa sakinlərindən küllü miqdarda (60 min manat dəyərində) pul və zinyət əşyaları, briliyant, qızıl alaraq qaçmışdır. Bir müddət sonra, Nofəl Quliyevin müraciəti əsasında hüquq mühafizə orqanları Sona xanımın xarici dövlətə qaçmasına baxmayaraq, onun ölkəyə qaytarılmasına və həbsinə nail olmuşlar. Yalnız Aydın Cabbarov işə qarışdıqdan sonra, yəni Sona xanımın borclarını (60 min manat) ödədikdən sonra qadın sərbəst buraxılmışdı. Digər tərəfdən də məlumatlarda bildirilir ki, Aydın Cabbarov işlədiyi müddət ərzində vəzifəsindən su-istifadə etməklə, ölkənin müxtəlif regionlarında xüsusi mülk sahibinə çevrilmişdir. Bu mülklərin arasında Ağstafa rayonunda iki şəxsi ev, Gəncədə bir şəxsi ev, Bakıda daha bir şəxsi ev də vardır. Digər tərəfdən isə, ötən ilin sonlarında aldığımız bir məlumatda da bildirilirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncədə fəaliyyət göstərən bəzi müəssisə və struktur bölmələrinin, o cümlədən 5 saylı müəssisənin fəaliyyətinin ətraflı yoxlanılmasına dair qərar qəbul edilib. Biz artıq qeyd etmişdik ki, həmin vaxt Aydın Cabbarov şəxsən Əlirza Süleymanov tərəfinən baş idarəyə çağırılmış və ona mənimsədiyi dövlət vəsaitlərini geri qaytarmaq üçün iki ay möhlət verilmişdi. Bu mənimsəmələrin məbləği isə, 250 min manat dəyərində müəyyən olunmuşdu. Anlamaq olmur ki, Aydın Cabbarovun hələ də tutduğu vəzifədə qalmasını şərtləndirən amillər hansılardır..?

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri dön