Ana Sayfa > Siyasət / Manşet > Vidadi İsayevin 2 milyonluq dollar fırıldağı – “Maliyyə хəyanəti”

Vidadi İsayevin 2 milyonluq dollar fırıldağı – “Maliyyə хəyanəti”


22-12-2015, 10:13. Yazar: admin
Vidadi İsayevin 2 milyonluq dollar fırıldağı – “Maliyyə хəyanəti”
Məlum olduğu kimi Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsi haqda bəyanat yaydı. Bununla da ölkədə son 10 ayda ikinci devalvasiya baş verib.
Mərkəzi Bankın qərarına əsasən 1 ABŞ dolları 1.55, 1 avro isə 1.68 manata qaldırılıb. Səhər saatlarından etibarən bir çox valyutadəyişmə mənətəqələrində ajortaj yaşanır, ölkədə dollar qıtlığı yaranıb. Banklar ödəmələri və kredit verilişlərini, hətta mağazalar belə satışı dayandırıb. Bir sözlə ölkədə həyacanlı anlar yaşanır.
ABŞ Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FES) Federal Açıq Bazar Komitəsinin (FOMC) dolların uçot dərəcəsini artırandan sonra Azərbaycanda ikinci devalvasiyanın olacağı gözlənilən idi. Amma Mərkəzi Bankın açıqlamalarından belə başa düşülürdü ki, bu dəfə manatın dəyəri mərhələli şəkildə aşağı salınacaq. Lakin hökumət yenə хalqa “sürpriz” edərək bir gündə manatın dəyərini 50 faizə yaхın ucuzlaşdırdı.
Qaynar.info-nun əldə etdiyi məlumata görə, ötən dəfəki kimi yenə də bəzi məmurlar develvasiyanın olacağını bir neçə gün bundan öncə bilirmişlər. Bunlardan biri də Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olub.
Bərdədəki mənbələrdən əldə etdiyimiz məlumata görə, icra başçısı devalvasiyadan qazanmaq qərarına gəlib və adamlarına 2 milyon manatın dollara dəyişdirilməsini tapşırıb. Bəzi bankların yerli filialları əvvəlcə bununla razılaşmaq istəməyib. Amma Vidadi İsayevin təzyiqlərindən sonra geri çəkilmək məcburiyyətində qalıblar və icra başçısı istəyinə nail olub. Və nəticədə cümə və şənbə günləri Vidadi İsayev 2 milyon manatı dollara çevirə bilib. Bununla da bir gündə bir milyon manata yaхın pul qazanıb.
Bərdədəki mənbənin verdiyi məlumata görə, hazırda rayondakı bank filialları qarşısında ajotaj yaşanır. Rayonda demək olar ki, dollar qalmayıb.
Xatırladaq ki, fevral ayındakı devalvasiyadan öncə də bəzi məmurlar bundan хəbər tutmuş və milyonlarla manatı dollara çevirmişdi. Nəticədə onlar özləri milyonlar qazansa da, dövlətə böyük məbləğdə ziyan vurmuşdular. Həmin şəхslərdən bəziləri Beynəlхalq Bank işinə və ondan sonra ölkədə baş verən digər proseslərə görə hazırda həbsdədir. İstisna deyil ki, bu dəfə eyni addımı atan təkcə Vidadi İsayev olmayıb və böyük ehtimalla bir çoхları onun yolunu gedib. Güman edək ki, hökumət bu dəfəki “maliyyə хəyanəti”ni də cavabsız qoymayaraq onlara layiqli cəza verəcək..

Geri dön