Ana Sayfa > Siyasət / Manşet > Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir?
Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir?21-12-2015, 10:06. Yazar: admin |
Hakimiyyətdə təmsil olunan yüksək çinli məmurların – nazirlərin, komitə sədrlərinin, onların müavinlərinin, həmçinin deputatların bizneslə məşğul olması çoxdan müzakirə mövzusudur. Qanunvericiliyin onlara biznes fəaliyyəti qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur və ya deputat cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar. Elə illik yüz milyonlarla manatın dövr etdiyi, bəzi hesablamalara görə isə hətta 1 milyard manatın üzərinə çıxdığı bildirilən “toy biznesi”ndə də durum fərqli deyil.Qaynar.info-nunaraşdırması göstərir ki, Azərbaycanın məşhur şadlıq saraylarının arxasında əsasən iri məmurlar və millət vəkilləri dayanırlar. Həmin şadlıq saraylarını ya onların ailə üzvləri və digər yaxınları idarə edir, ya da bu cür obyektləri müəyyən iş adamları ilə şəriklik müqabilində himayə olunurlar. İndi sizə həmin araşdırmamızı təqdim edirik. İki il əvvəl yayılan məlumatda deyilirdi ki, deputat Əliağa Hüseynov Yasamaldakı xəstəxanaların birinin həyətində restoran və şadlıq evinin açılışını edib. Bildirilirdi ki həmini şadlıq evi və restoran Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşir. Obyekt iki hissədən – “Atlantis” şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranından ibarətdir. Generalın şəriki isə Türkiyə vətəndaşıdır. Əliağa Hüseynov şadlıq evini təmtəraqlı mərasimlə açmışdı. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə xüsusi dəvətnamə göndərilib. Özü də Milli Məclisin xüsusi zərflərində! Dəvətlilər arasında isə Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Onların bir çoxu açılışa qatılıb. Saat 19.30-da başlayan mərasim gecə yarısınadək davam edib. Sonradan isə Ə.Hüseynov açıqlamasında deyib ki, şadlıq evi və restoran oğluna məxsusdur. Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputatAbel Məhərrəmovunadı da bizneslə məşğul olan parlamentarilər sırasındadır. Qeyri-rəsmi məlumatlara görə, Bakıda fəaliyyət göstərən məşhur “Mona Liza” şadlıq sarayı məhz bu rektor-deputata məxsusdur. Tbilisi prospektində yerləşən “Karvan” şadlıq sarayının isə qeyri-rəsmi şəkildə nəqliyyat naziriZiya Məmmədova məxsus olduğu deyilir. O da maraqlıdır ki, Nəqliyyat Nazirliyi və “Karvan” şadlıq sarayı bir-birinə yaxın yerləşir. Hər ikisinin binasının təxminən eyni vaxtda inşa olunması da “Karvan”ın Z. Məmmədova məxsusluğu ehtimalını qüvvətləndirir. Onu da deyək ki, 2010-cu ildə bu restorandan 500 min manat oğurlanmış və “Karvan”ın nəqliyyat nazirinə aid olduğu mətbuatda ilk dəfə həmin vaxt yazılmışdı. Bakının ən məşhur şadlıq evlərindən biri – “Sarı gəlin” isə Sabunçu rayonunun icra başçısıAdil Vəliyevindir. Vəliyev özü 2012-ci ildə, icra başçısı təyinatı aldıqdan sonra mətbuata açıqlamasında bunu təsdiq etmişdi. Sitat: ““Porshe” Bakı Mərkəzi və “Sarı gəlin” şadlıq evi barədə səslənən ittihamlara da cavab verdi: “”Sarı gəlin” restoranı icra başçısı təyin olunana qədər mənim olub. İşimi yüksək səviyyədə qura bildiyimi görüblər, etimad göstəriblər və icra başçısı təyin olunmuşam. Hazırda dövlət qulluğunda işlədiyim üçün həmin biznesim oğluma həvalə olunub. Sahibkarlıq fəaliyyətini oğlum davam etdirir…” Nizami rayonunda yerləşən «Planet» şadlıq sarayı isə Mərkəzi Bankın İdarə Heyətinin sədriElman Rüstəmovaməxsusdur. Belə ki, bu şadlıq evini idarəçiliyini ölkənin baş bankirinin qardaşı Talıb Rüstəmovun həyata keçirdiyi deyilir. Qeyd edək ki, ötən il Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şadlıq sarayı arasında problem yaranmışdı. Belə ki, icra hakimiyyətinin rəsmiləri şadlıq evinin bir hissəsinin plana düşdüyündən söküləcəyini bildirmişdilər. Məhz Elman Rüstəmovun müdaxiləsindən sonra yerli icra hakimiyyəti «Planet»i sökmək niyyətindən daşınmalı oldu. Bu ilin fevralında Neftçala rayonunun Dördlər kəndində yerləşən “Dördlər” şadlıq sarayının tavanının iki gün yağan güclü qarın ağırlığına tab gətirməyərək çökdüyü xəbəri geniş rezonans doğurdu. Xəbərdə bildirilirdi ki, bu şadlıq sarayı deputat Fəzail Ağamalıya məxsusdur. Paytaxtın Nəsimi rayonunun sabiq icra başçısı, hazırda isə YAP-ın siyahısından deputatlığa namizəd Nəsib Məhəməliyevin isə yasxın vaxtlaradək rəhbəri olduğu rayonun 20 yanvar küçəsində, “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri olduğu heç kimə sirr deyil. Müdafiə sənayesi naziriYavər Camalovun qardaşı Mərdan Camalovisə icra başçısı olduğu Şirvan şəhərində “Leyla” şadlıq sarayı açıb. Yavər Camalovun özü isə qeyri-rəsmi şəkildə Bakının iki məşhur şadlıq sarayının – “Kral” və “Qızıl Tac”ın sahibidir. Bu ilin avqustunda Şabran rayonunda keçirilən toy mərasimində şadlıq evinə borclu qaldığı üçün toy sahibinin qayınanasını girov saxlayan obyektin yiyəsi kimi isə rayonun icra başçısı Novruz Novruzov göstərilmişdi. Bildirilirdi ki, “Savalan” adlı həmin şadlıq evini onun oğlu Hacı Ruslan idarə edir. N. Novruzovun eyni adda Bakı və Sumqayıtda da şadlıq evlərinin olduğu deyilir. Bu məlumat icra başçısı və ətrafı tərəfindən təsdiqlənməsə də, təkzib də olunmayıb.(savash.org) Geri dön |