Ana Sayfa > Siyasət / Manşet > DYP işçiləri “kredit” sisteminə keçib- QƏRİBƏ “CƏRİMƏ” METODU
DYP işçiləri “kredit” sisteminə keçib- QƏRİBƏ “CƏRİMƏ” METODU14-12-2015, 08:59. Yazar: admin |
Bakıda bəzi DYP işçiləri saxladıqları maşınların sahiblərinə cərimə yazmaq əvəzinə, onlardan pulu qəribə şəkildə alırlar. JAM.AZ xəbər verir ki, daha doğrusu, yol polisi əməkdaşları artıq “kredit” sisteminə keçməyə başlayıblar. Dekabrın 8-də Zirə yolunda baş verən olay bunun əyani sübutlarından biridir. JAM.AZ-a müraciət edən Rafiq Sultanağa oğlu Hüseynov bildirir ki, qeyd olunan tarixdə Zirə yolu ilə hərəkət edərkən onu Yol Patrul Xidmətinin əməkdaşları saxlayıblar. Onun dediyinə görə, idarə etdiyi 10 EO 006 dövlət nömrə nişanlı “Porşe” markalı maşınının saxlanılması üçün heç bir səbəb olmayıb. “Heç bir yol hərəkəti qaydasını pozmamışdım. Bu səbəbdən də YPX əməkdaşlarına sual verdim ki, saxlanılma səbəbimi izah etsinlər. Cavabları isə məni şoka saldı. Belə ki, 10 YP 295 dövlət nömrə nişanlı DYP maşınının ekipaj üzvü, inspektor Elçin mənə dedi ki, bəs, maşınımla yanaşı, nömrəm də bahalı olduğundan saxlayıb və «şirinlik» istəyir». Rafiq Hüseynov deyir ki, ondan maşının sənədlərini istəyiblər və o da verib. «Maşında oturan digər polis işçisi sənədlərimi yoxladıqdan sonra məlum olub ki, cərimə səbəbindən avtomobil duracağa aparılmalıdır. Yəni, maşina saxlanılma qərarı çıxarılıb. Lakin YPX işçiləri mənə dedilər ki, maşını pul qarşılığında buraxa bilərlər və bunun üçün 150 manat «xərcim» çıxmalıdır. Üzərimdə cəmi 50 manat olduğunu dedim. Bu zaman inspektor Elçin bildirdi ki, 50 manatı indii götürürlər, qalan hissəsini də, yəni 100 manatı da sabahı günü görüşərək onlara verməliyəm. Bunun üçün mənə əlaqə nömrəsi də verdilər ki, görüş yerini təyin edə bilək». Rafiq Hüseynov qeyd edir ki, o maşınını polislərdən qurtardıqdan sonra bir daha onlarla görüşməyib. Amma qarşı tərəfin nümayəndələri 100 manat söhbətinə görə ona zəng vurublar. Lakin şikayətçi cavab verməkdən qaçıb. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |